Türkiyədə gənc qız qəzadan sonra rus şivəsi ilə danışmağa başlayıb.
Mynews.az-ın milliyet.com-a istinadən məlumatına görə, hadisə Osmaniyə bölgəsində baş verib. Gözəllik salonunun sahibi olan X.T 4 ay əvvəl əyləşdiyi maşının arxa qapısından düşərək, travma alıb. Hadisədən sonra Xədicə Tatlıər 10 gün reanimasiyada qalıb. Bir ay sonra isə xəstəxanadan çıxan 27 yaşlı Xadicə Tatlıər heç bilmədiyi rus dilində danışdığını deyib. Nevroloq Özgür Kaynak bunun xarici dil olmadığını və hadisənin nadir hallarda olduğunu deyib. Gənc qızın dediyinə görə hamı onu xarici hesab edir.
“Evdə yatıb durduqdan sonra nəsə anormallıq olduğunu hiss etdim. Danışığım dəyişmişdi. Biraz uzansam, düzələr deyə, düşündüm. Daha sonra işə getdim. Amma orada da heç kim mənim nə dediyimi anlamırdı. İşdə rus dilində danışdığımı söylədilər. Hazırda yavaş-yavaş danışığım düzəlir”,- deyə gənc qız açıqlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub