“Bermud” şeytan uçbucağında sirr yox, fırıldaqçılıq var ARAŞDIRMA - FOTOLAR

779
“Bermud” şeytan uçbucağında sirr yox, fırıldaqçılıq var ARAŞDIRMA - FOTOLAR

“Bermud” uçbucağında bir çox gəmi və təyyarənin itdiyinə dair əfsanələr var. Elm adamları yayılan bu sirri açmaq üçün bir çox açıqlamalar verib. Bəs o zaman bu sirrin altından nə çıxır?

“Bermud” şeytan uçbucağı Atlantik Okeanında Bermud adaları, Florida və Porto Rikonun yaratdığı gəmilərin və təyyarələrin iz buraxmadan sirli bir şəkildə yoxa çıxdığı iddia edilən bir sahəyə verilən addır.

Bölgə ilk dəfə 1945-ci ildə təlim keçirən 5 Amerika təyyarəsinin yoxa çıxmasından sonra məşhur olub.

“Bermud” şeytan uçbucağının adının müəllifi isə 1964-cü ildə “Argosy” adlı jurnalda bu termini yazan Vincent Gaddisdir.

Lakin “Bermud” uçbucağı 1974-cü ildə Charles Berlitzin qələmə aldığı “Bermud uçbucağı” adlı kitabı ilə məşhur oldu. Kitabın nəşrindən sonra çoxlu sayda kitab, serial, televiziya verilişləri, elektron saytlar “Bermud” uçbucağının məşhurluğunu daha da qabartdı.

Bəs gəmilərin itməsinə səbəb olan şey nə idi? Atlantik okeanının varlığına inanan Berlitz Bermuddakı qəzaları okeanla açıqlamağa çalışırdı. Bu termin hələ də çox məşhurdur: insanlar dənizin altında yatan sirli bir şəhərdə kristal enerjilərin gəmi və təyyarələri maqnit kimi özünə çəkərək yoxa çıxartdığını iddia edir. Yadplanetlilərin dənizin altındakı gizli bazalarından insanları qaçırtdığını, ya da ərazidəki qara dəliyin hər şeyi udduğunu iddia edən çoxlu sayda mülahizələr var.

SİRRİ AÇIQLAYAN NƏZƏRİYYƏLƏR…

Bu qeyri-adi nəzəriyyələrin yanında gəmilərin necə itdiyini açıqlamaq üçün elm adamlarının inkişaf etdirməyə çalışdığı nəzəriyyələr də mövcuddur.

Məsələn, dənizin altında yüksək miqdarda metan qazının, elektrik və ya ildırımla qarşılıqlı təsir nəticəsində böyük bir partlayışla yaxınlıqdakı gəmi və ya təyyarələri iz buraxmadan yox etdiyini düşünənlər var. Təbii ki, bu nəzəriyyə də əsaslı deyil, çünki dünyanın heç bir yerində belə bir partlayış görülməyib, Bermud uçbucağında metanın olması ilə bağlı hər hansı məlumat da yoxdur.

İddialara görə, bölgədə maqnit sahəsi var. Həmin maqnit sahəsinin elektrikə ziyan verdiyi və kompasların düzgün işləməsinə mane olduğu iddialar arasındadır. Lakin bölgədə aparılan araşdırmalar hər hansı maqnit sahəsinin olmadığına işarə edir.

 

Bermud Uçbucağı haqqında yayılan sirli məqamlar, nəzəriyyələr bir kənarda dursun, lakin sual ediləcək bir başqa məqam var. Həqiqətən də orda sirr var?

Bu sualı verən Larry Kusche adlı jurnalist Berlitzin yazdıqları da daxil olmaqla alimlərin söylədikləri üzərində ciddi araşdırma aparıb. Kusche alimləri belə aldadan nəzəriyyələrin əksinə olaraq Bermud üçbucağında sirrin olmadığı qənaətinə gəlib.

MƏLUMATLAR YANLIŞ ÇIXDI…

1975-ci ildə kitab yazan Kusche bütün bildiklərini açıqlayıb. Jurnalist Berlitz və digər yazarların yazdıqları ilə canlı şahidlərin verdiyi məlumatlar arasında çoxlu sayda fərq olduğunu görüb. Bundan başqa Bermud üçbucağında yoxa çıxdığı iddia edilən gəmilərlə bağlı verilən məlumatlar da çaşdırıcı və yanlış idi.

Məsələn, Berlitz yazdığı kitabda məşhur yelkənçi Donald Crovhurstun yoxa çıxmasını sirli bir hadisə kimi təqdim edərkən, əslində onun dəli olaraq intihar etdiyini görməzdən gəlir. Ya da Sakit okeanda batan gəmi Berlitz və digərləri tərəfindən sanki Bermud üçbucağında batmış kimi təqdim edilib. Həmçinin pilotun sərxoş olması və ya böyük fırtına nəticəsində təyyarənin qəzaya məruz qalması oxuculardan gizlədilirdi.

Berlitz və təqibçiləri bununla kifayətlənməyib çoxlu sayda gerçəkləşməmiş hadisəni olmuş kimi təqdim edirdi.

Lakin qeyd edək ki, bir çox qəzaların məhz Bermud Uçbucağında baş verməsini xatırlatmaqda fayda var. Statistik göstəricilər də bunu sübut edir. Lakin Kusche adlı jurnalist araşdırması zamanı gəldiyi nəticədə həmin bölgədə çoxlu sayda qəza və ya itkinin olmadığını görüb.

Əslində “Bermud” uçbucağı əfsanəsinin bizə uydurmanın nə qədər asan olduğunu, qaynaqların araşdırılmadan bu cür cəfəngiyatlara inanmamağı lazım bilir. Yazarlar Berlitzi araşdırmadan qaynaq kimi onun yazdıqlarından istifadə etmiş, beləcə bütün dünyanı lərzəyə gətirən, lakin içi boş olan bir əfsanə yaratmış olublar. Bu əfsanəyə bəzi elm xadimləri belə inanmış və sirri açmaq üçün üzərində iş aparıblar.

Beləliklə Kusche kimi araşdırmaçı jurnalist olmasaydı saxta sirrin üstü heç vaxt açılmayacaqdı.

Xəbər lenti