Yeni Zelandiyada polis sıralarında xidmət edən pişik dünya mediasının gündəminə çevrilib.
Polis sıralarına işə götürülən "Tia" ləqəbli pişiyin iş qrafiki 30 dəqiqədir. Pişik araşdırma işlərində çox gözəl performans sərgilədiyi üçün əməkdaşların sevimlisinə çevrilib.
Zenlandiya polisinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, 30 dəqiqə işlədikdən sonra pişik gün boyu yatır: "Tia bizim əməkdaşlarımıza bəzi araşdırmaları keçirməyə kömək edir. O, inzibatçılığı və sənədləri çox yaxşı anlayır", - deyə asayiş keşikçiləri bildirib.
Xatırladaq ki, Tia Yeni Zellandiyada işə götürülən ilk pişik deyil. Daha əvvəllər də müxtəlif polis idarələrində Tobi, Moli və Snikers ləqəbli pişiklər işə götürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub