Ailəmizdə qərarım əvvəl sakit qarşılanmasa da, sonradan ailə üzvlərimin hamısı məni dəstəklədi. Xüsusilə də ərim məni anladı. Bu, mənə bəsdir.
ABŞ-ın Miçiqan ştatındakı Detroyt şəhərində yaşayan Erika Haus altı övlad anasıdır. O, cinsini dəyişərək kişi olmaq prosesindədir.
Metbuat.Net ABC-yə istinadən bildirir ki, cinsini dəyişərək kişi olmağa qərar vermiş Erika artıq adını da dəyişərək Erik olduğunu deyir. O, iki cərrahiyyə əməliyyatına məruz qalıb, ən azı 6 əməliyyat isə qarşıdadır.
Hazırda hormonal preparatlar qəbul edən sabiq Erika, indiki Erikin sözlərinə görə, ailə üzvləri onu anlayırlar.
Bu azmış kimi, Erikanın oğlu Kori də cinsini dəyişərək qız olmağa hazırlaşır.
Kori cinsimi dəyişmək qərarını eşidəndə etiraf etdi ki, o da belə fikirdədir. Sən demə, oğlum qız olmaq istəyirmiş. Mən də razılaşdım. Bu, oğlumun seçimidir, - Erika-Erik deyib.
Erikanın əri Les Haus arvadının kişi, oğlunun da qız olmaq istəyini normal adlandırıb: Onlar azad insanlar, sərbəst şəxslərdir. Mən arvadımın və oğlumun qərarlarına sayğı ilə yanaşıram, onları dəstəkləyirəm. Münasibətlərimizə gəldikdə isə, onlar 10 illik nikahımız dövründə ən yaxşı vəziyyətdədir.
Erika və Lesin 6 övladı - 23 yaşlı Çelsi, 22 yaşlı Kayli, 14 yaşlı Kori, 8 yaşlı Ellen, 6 yaşlı Ayvi və 4 yaşlı Savanna həyatlarında ciddi dəyişikliklərin başlandığını söyləyirlər.
Erikanın oğlu Korinin dediyinə görə, 11 yaşı olanda YouTube-da Cass Cenninqsin klipinə baxıb və anlayıb ki, transseksualdır: Amma bunu valideynlərimə deməkdən qorxurdum. Qorxurdum ki, qız olmaq istədiyimi söyləsəm, anlamazlar. Lakin anamın kişi olmaq qərarı məni cəsarətləndirdi. İndi özümü azad və bəxtəvər hiss edirəm.
Kori 18 yaşının tamam olacağı günü gözləyir, çünki ABŞ-ın mövcud qanunvericiliyinə görə, cins dəyişikliyi ilə bağlı əməliyyatlar məhz bu yaşdan sonra reallaşdırıla bilər.
Erika və Kori dünyada ilk dəfə cinslərini dəyişəcək ana-baladır.