Pis yuxular şeytandandır, onlara əhəmiyyət vermək və onları yozmaq lazım deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (əl-Buxari, 6985).
Mynews.az zikr.az-a istinadən bildirir ki, belə yuxuları görməmək üçün yatağa girdikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu zikrləri edin. O buyurmuşdur ki, "kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mühafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz". Bundan əlavə, istəsəniz digər zikrləri də oxuya bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər gecə yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyardı. Daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq bacardığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub