40 yaş insan ömrünün geriyə baxanda bəzi şeyləri arxada qoyduğunu düşünərək bəzən peşmanlıq yaşadığı bir yaşdır.
"Qaynarinfo" çox şeylər itirdiyinizi düşünərək peşmanlıq hissi keçirirdiyiniz halda etməli olduqlarınızın siyahısını təqdim edir:
1. Özünüzü sevin və bu hissi özünüzə qəbul etdirin. Yaxşı və ya pis hansı hərəkəti edirsinizə edin, özünüzü sevsəniz başqaları da hərəkətlərinizə hörmət qoyacaq.
2. Ruhunuzu zənginləşdirin. Sizə nə xoşdursa, nədən zövq alırsınızsa, ruhunuzu nə oxşayırsa, onu etməyə çalışın.
3. Problemlərinizi tək həll etməyə çalışmayın. Həyatınızda sizin qərarlarınıza dəstək olan biri ilə tanış olun.
4. Səmimi və gülərüz olun. Düzlüyün dünyada ən böyük biclik olduğunu unutmayın.
5. Başqaları üçün deyil, özünüz üçün yaşamağı bacarın. Özünüzə sadiq olun, sizi xoşbəxt edəcək qərarlar qəbul edin. Bu zaman həyatın necə asan olduğunu görəcəksiniz.
6. Özünüzə qiymət verin. Başqalarının işini öz işinizdən üstün tutmayın.
7. Səyahət etməyə, həyat tərzinizi dəyişməyə çalışın.
8. Az həyəcanlanın. Həyəcanlanmağın sizə nə qədər zərər verəcəyini, yaddaşınızı, məntiqinizi nə dərəcədə korlayacağını təsəvvür belə edə bilməzsiniz.
9. Ətrafınızda olan adamlarla özünüzü müqayisə etməyin. Əgər müqayisəyə başlasanız, öz həyatınızda baş verən yaxşı hadisələri yadınıza salın.
10. Heç kimdən heç nə gözləməyin. Başqalarının sizə qarşı xoş hərəkət etmələrini gözləmək xəyal qurmaq kimi bir şeydir.
11. Həyatda sağ qalmaq üçün yaşamayın, işləmək üçün yaşayın. Həyatınız boyu özünüzə karyera qura bilmisinizsə, həyatınız asan olacaq. Yox əgər işləmirsinizsə, özünüzə iş tapın.
12. Özünüzə büdcə ayırın və çalışın şəxsi pulunuz olsun. Bu sizi özünüzə əmin edəcək və həyatda əminliklə yaşayacaqsınız.
13. Başqaları üçün bir iş görməklə yanaşı, özünüz üçün də nəsə etməyə çalışın.
14. Özünüzün və başqalarının səhvlərini bağışlamağa çalışın.
15. Neqativ insanlarla vaxt keçirməyin. Xoşunuz gəlməyən adamlarla öz aranızda məsafə saxlayın. Səmimi insanlarla dostluq edin.
16. "Yox" deməyi öyrənin. Başqası üçün nəsə etməyə məcbur deyilsiniz.
17. Sizi sevdiyini deyən adamla ailə qurmaq istəsəniz, çox fikirləşib qərar verin.
18. Həyatınızda baş verən hər bir kiçik hadisədən zövq almağa çalışın. Günün doğuşunu seyr edin, dənizə tamaşa edin, ulduzları seyr edin.
19. İnsanların sizin haqqınızda nə fikirləşdiyinə fikir verməyin. Ətrafdakıları məmnun etməyə çalışmayın.
20. Bu yaşda özünüz üçün edə biləcəyiniz ən yaxşı şey yaxşıya doğru dəyişməyinizdir. Dəyişin və dəyişməyi qəbul edin.