Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda 2020-ci ilə qədər fırlanan mərtəbələri ilə göydələnlər tikiləcək.
Mynews.az “Khaleej Times” nəşrinə istinadən xəbər verir ki, tikintinin başlanğıc tarixi hələ elan edilməyib.
Layihə hələ 2006-cı ildə elan edilmişdi. Göydələndə mənzillər bir-birindən asılı olmadan 360 dərəcə fırlanacaq. Fırlanma səs komandaların köməyi ilə başlanır, fırlanma sürətini dəyişdirmək və ya onu dayandırmaq olar.
Sakinlər öz mənzillərini elə proqramlaşdıra biləcək ki, onlar bütün gün ərzində günəş işığı ilə təmin olunsunlar. Hər mənzilin qiyməti təxminən 30 milyon dollar olacaq.
80 mərtəbəli binanın hündürlüyü 420 metr təşkil edəcək. Göydələn dünyada birinci “4D-göydələn” olacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub