Dubay səmasında meteoriti xatırladan naməlum obyekt görüntülənib.
Mynews.az axar.az-a istinadən bildirir ki, bu qeyri-adi səma cismi əhalidə narahatlıq yaradıb. Bəziləri bunu İranın ballistik raketinin sınağı, bəziləri isə ərəb ölkələrinə hücum etməyə söz verən yəmənli üsyançıların buraxdığı raket olduğunu bildiriblər. Bir müddət sonra Dubay Əmirliyinin səlahiyyətli şəxsləri 80 saniyə ərzində müşahidə olunan obyektin meteorit olduğunu bəyan ediblər.
Lakin yerli astronomlar bununla razılaşmayıblar. Dubay Astronomiya qrupunun rəhbəri Həsən Əhməd əl-Hariri onun rus kosmik vasitəsi "Proqress MS-07" dağıntılarının olduğunu iddia edib.
ABŞ Strateji Komandanlığında isə gizli obyektin "Soyuz-FQ" raket-daşıyıcının parçaları olduğunu bəyan edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub