Buddanın heykəli kompüter diaqnostikasına məruz qalmayan ən qədim tarixi əsərlərdən biridir.
Niderland alimləri bu işi görmək qərarına gəliblər. Nəticələr hamını şoka salıb. Heykəlin içində insan bədəni var idi!
Heykəlin içində lotos (bardaş qurub oturmaq) pozasında rahib mumiyası tapılıb. Buddizm mədəniyyəti və sənətinin tədqiqatçısı, dünya şöhrətli alim Erik Breyn bildirib ki, meyit Çinin Lyu Tsyuanyu meditasiya məktəbinin nümayəndəsinə məxsusdur. Tədqiqat qrupunda iştirak edən qastroenteroloq həkim mumiyanın daxili orqanlarını aşkar edib. Bundan başqa meyitin üzərindən qədim Çin heroqlifləri ilə yazılan kağız parçası da tapılıb. Alimlər hazırda bu məktubu oxumağa çalışırlar.
Mumyalama üsulu da çox unikaldır. Rahib 1000 gün ərzində xüsusi pəhrizlə qidalanıb. Onun qidasını düyü və qoz təşkil edib. Bu isə orqanizmi yağlardan təmizləyir. Növbəti 1000 gün rahib ağac kökü və qabıqlarla qidalanıb. Sonra isə rahib yapon ağacının şirəsindən hazırlanan xüsusi çay içib. Rahibin bədəni bakteriya və həşəratlar üçün zəhərli bədənə çevrilib. Orqanizmin su ehtiyyatı demək olar ki, minimuma yaxınlaşıb.
Bu prosedur başa çatdıqdan sonra daha çox canlı skeletə bənzəyən rahibi lotus pozasında otuzduraraq mumyalayıblar. Bundan başqa rahibi hava üçün dəlik və zınqırovla təchiz ediblər. Rahib zınqırov vasitəsilə hər gün sağ olduğunu xəbər verirmiş. Zınqırovun səsi kəsiləndə isə taxçanı tamamilə mumyalayıblar.
1000 gün sonra isə təzədən mumyalanma prosesinin tam getdiyini yoxlayıblar. (Ölkə.Az)
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub