Hopkins Universitetnin alimləri qəfil olacaq ölüm və ürək dayanmaları 10-15 il əvvəldən proqnazlaşdıra biləcək.
Mynews.az bakupost.az-a istinadən xəbər verir ki, bu, mitoxondriyalarda saxlanan informasiyanı üzə çıxaran biomarker vasitəsilə həyata keçiriləcək.
Bu isə nəinki ölümün vaxtını təyin etməyə, həmçinin onun vaxtını bir az sonraya çəkməyə yönələn müalicələr aparmağa imkan verəcək. Alimlərin sözlərinə görə, əsas da qan-damar, ürək sisteminin fəsadları 15 il öncədən bilinsə, qəfil ölümün qarşısını almaq olar.
Bildirilir ki, DNK-da olan mitoxondriyaların sayı nə qədər az olarsa, ürəyin dayanması səbəbindən ölüm riski bir o qədər çoxdur.
21 000 pasiyent üzərində aparılan tədqiqatlar göstərib ki, mitoxondrial DNK ürək dayanmasının kliniki testini aparmaq üçün ən yaxşı biomarkerdir. Bu sistem ürəyin qəfil dayanması səbəbindən ölüm statistikasını xeyli azaldacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub