Türkiyədə yayımlanan evlilik proqramlarında bir çox xanım məşhur olmağı bacarıb.
Metbuat.az-ın məlumatına görə, müxtəlif fəaliyyətləri ilə diqqət mərkəzinə düşən gəlinlər hələ də gündəmdədir. 1992-ci ildə anadan olan əslən azərbaycanlı olan Naz davranışları ilə tez-tez diqqət mərkəzinə düşür.
O, gah iş adamları ilə görünməklə, gah bədəninə vurdğu döymə, gah da açıq-saçıq geyim tərzi ilə gündəm yaradır. Digər gəlin namizəd isə Solmazdır. 20 yaşlı xanım sosial media vasitələri ilə tez-tez canlı yayım edir. O hətta sinəsini izləyicilərinə göstərməkdən də çəkinməyib.
Selin və Fırat cütlüyü də Türkiyədə evlilik proqramında tanınıb. Hələ tanışlıq mərhələsindəykən Selin Fıratdan hamilə qalıb. Cütlüyün sonrakı taleyi barədə məlumat yoxdur.