Şansınız olsaydı, həyatdan köçən sevdiklərinizin qoxusunu yanınızda sonsuzadək qalmağını istəyərdiniz?
Metbuat.az-ın məlumatına görə, xarici xəbər kanalının verdiyi məlumatda deyilir ki, Katai Apaletegui adlı fransız, yaxınlarının ölümünü qəbul etməyənlər üçün ölən adamın qoxusunu ətir olaraq istehsal edib.
Xəbərə görə, 52 yaşlı Apaletegui bu işə, atası öldükdən sonra başlayıb. Belə ki, illərlə araşdırma aparan, fərqli ətriyyatçılarla görüşən Katia “Kalain” adlı şirkəti quraraq, ölü qoxusundan ətir istehsal etməyə başlayıb.
Ətri hazırlamaq üçün ölən adamın paltarlarındakı molekullar müxtəlif kimyəvi proseslərdən keçirilərək köçürülür, seçilir, nəhayət, alkoqol içərisində saxlanılıb ətir halına gətirilir.
Fərdə xüsusi qoxuların ətir halına gətirilməsi fikrini irəli sürən Apaleteguinin uşaqlar və heyvanların qoxusunu da ətir olaraq istehsal etməyə başlayacağı deyilir. Bu xəbər övladı üçün darıxan işgüzar anaları və heyvansevərləri sevindirəcək.
Layihənin rəhbəri Apaletegui deyib ki, fərdə xüsusi olan və xatirələri canladıran bu ətirlərin şüşəsi təxminən 11 min 200 manat olacaq.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub