Türkiyənin Eskişehir şəhərində Semih Yaşarın bağçasında qəribə bir meyvə bitib.
Mynews.az musavat.com-a istinadən bildirir ki, 2010-cu ildə heyva ağacı kimi aldığı ağac 7 il sonra ilk meyvəsini verib. Amma bu, qeyri-adi meyvə olub. Belə ki, görüntüsü alma, armud və heyvaya bənzəyən meyvənin dadı isə meyxoş olub.
İndi S.Yaşar həmin meyvənin nə olduğunu tapmaq üçün alimləri, botanikləri bağına dəvət edib: "Bağçada hər növ meyvə ağacının olmasını istədik. Heyva ağacımız olmadığı üçün heyva fidanı aldıq. Hamının heyva ağacı çiçəklənirdi, amma bizimki yox. Ağacın yarpaqları heyvaya bənzəyirdi, amma illərlə meyvə vermədi. Keçən ilə qədər ağac çiçək açır, meyvəsi qoz boyda olanda tökülürdü. Ən son bu il tam bir meyvə verdi. 7 il sonra nə olduğunu anlaya bilmədiyiniz bir meyvəyə sahib olduq".

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub