Dünyanın ilk “Müsəlman qadınlar üçün seks yoldaşı” adlı kitab internetdə satışa çıxarılıb.
ingilis mediasında yayımlanan xəbərdə kitabın müəllifi adını açıqlamaq istəməyib və Umm Muladhat ləqəbindən istifadə edib. 54 səhifəlik kitabda öpüşmə və seksin pozisiyaları təfərrüatları ilə izah edilir.
“Sadəcə ərləri ilə cinsi əlaqəda olmalıdırlar…”
Müsəlman qadınların seks həyatından zövq almalarının vacibliyinə toxunan “Halal seks yoldaşı” kitabında müsəlman qadınların sadəcə ərləri ilə cinsi əlaqədə olmaları vurğulanıb.
İngiltərənin “The Guardian” qəzetinə açıqlama verən müəllif kitabın əxlaqsızlığı təbliğ etməsi ilə bağlı sərt reaksiyalar aldığını bildirərək “Bir qadın buna ehtiyacın olmadığını, gənc qızların hər şeyi analarından öyrəndiyini söylədi. Bir ananın qızına bu cür söhbətləri mənim kimi danışacağına inanmıram” deyib.
“Keçmiş alimlər cinsi əlaqə zamanı zövq almağın əhəmiyyətindən danışırdılar…”
Lakin bəzi müsəlman qadın təşkilatları kitabı müsbət qarşılayaraq, yazılanların qadınlara azadlıq verəcəyini və cinsi əlaqədə təhqir edən münasibətlərdən qoruyacağını açıqlayıb. İngiltərə Müsəlman Qadınlar Təşkilatının sözcüsü Şaista Gohir “islamda seksdən danışmaq yeni bir şey deyil. Keçmişdə alimlər qadınlar üçün cinsi əlaqə zamanı zövq almağın əhəmiyyətini xüsusi vurğulayırdılar” deyib.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub