Amerikalı iş adamı Oskar Holversonun 1912-ci ilin 13 aprel tarixində “Titanik” gəmisində qələmə aldığı məktubu hərraca çıxarılaraq 126 min funt-sterlinqə satılıb.
Mynews.az xəbər verir ki, Holverson həyat yoldaşı ilə birgə çıxdığı “Titanik” səfərində həmin məktubu anasına yazıb. O, məktubda məşhur gəmini belə təsvir edib: “Nəhəng gəmi çox böyükdür, saray kimidir”. Holverson məktubunda ABŞ-ın ən zəngin insanlarından biri olan Con Yakob Astordan da bəhs edib: “Milyonlarla pulu olmasına baxmayaraq, digər insanlara bənzəyir. Hər kəslə birlikdə göyərtədə oturur”.
Son məlumatlara görə, sözügedən məktub hərraca çıxarılıb və adı açıqlanmayan bir ingilis tərəfindən alınıb. Dəniz suyu ləkəli məktubun saxlanıldığı muzeyin rəsmisi Endryu Oldric adını açıqlamadığı həmin şəxslə bağlı sadəcə, bunu söyləyib: “Məktubu tarixin ikonik maddələrini toplayan biri satın aldı”.
Qeyd edək ki, “Titanik” batarkən O.Holverson və C.Y.Astor 500-dən çox insanla birlikdə həlak olub. Amma onun həyat yoldaşı Meri Holversonun həyatını xilas etmək mümkün olub. O.Holversonun cəsədi tapılanda isə onun cibindəki kitabın arasından sözügedən məktub çıxıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub