Soğan suyu, timsah gübrəsi, Kola vannası Hamiləliyin qarşısını almaq üçün ƏN QƏDİM və DƏHŞƏTLİ ÜSULLAR

931
Soğan suyu, timsah gübrəsi, Kola vannası Hamiləliyin qarşısını almaq üçün ƏN QƏDİM və DƏHŞƏTLİ ÜSULLAR

Tarixin dərinliklərində "türkə çarə" dediyimiz, xalq təbabəti dediyimiz üsullar bu gün texnologiyanın inkişafı sayəsində tamamilə unudulub və sıradan çıxıb. Lakin bu üsullar arasında ən maraqlısı qədim dövrlərdə qadınların doğuş prosesidir. Müxtəlif ölkə tarixlərində bu üsullar bir-birindən fərqli olduğu qədər də qəribədir.

Publika.az sizi hamiləliyin qarşısını almaq üçün istifadə olunan ən qədim və ən qəribə üsullarla tanış edir:

İnsanlar min illərdir sağlam doğuş üçün müxtəlif nəzarət üsulları, ölüm hallarını azaltmaq üçün çarələr axtarıblar. Bəşəriyyət tarixi ilə müqayisədə müasir tibb olduqca yeni elm sahəsidir. Bəşəriyyətin əsrlik problemlərini nəzərə alsaq, tibbin göstərdiyi tərəqqi o qədər də geridə qalmış sayılmaz. Sağlamlıq məsələlərində bizim qədər şanslı, hər cür şəraitə sahib olmayan qədim insanlar, xüsusən də doğuş zamanı olduqca çətin vəziyyətlərlə rastlaşıblar. Tarixdə olduqca ciddi problemlərin həllini, bir o qədər ciddi "nəzarət üsulu" ilə ələ almağa çalışan insanlar olub.

Qədim Misirdə timsah gübrəsi

1. Qədim Misirdə doğuşun başlamasını yoxlamaq üçün qurudulmuş timsah nəcisindən istifadə olunurdu.

2. Aristotelin tövsiyələrinə görə, zeytun yağı və sidr ağacının yağı ilə qarışdırılan məhlul cinsi orqana sürtülürdü.

3. Orta Əsrlərdə, Avropada, hamiləliyin qarşısını almaq üçün limon suyuna batırılmış bir hamam süngəri qadının cinsi orqanına yerləşdirilirdi.

4. Antik Yunanıstanda qadının cinsi əlaqə əsnasında nəfəsini tutub diz üstə oturaraq asqırması vacib idi. Bununla onlar içəri axan spermaları çölə ataraq hamilə qalmağın qarşısını alırdılar.

5. Fransız həkim Jak Ferrand isə, sperma ağ rəngdə qan kimi olduğu üçün libidonu salmaq üçün bir miqdar qan tökülməsini tövsiyə edirdi. Kişi cinsi əlaqə zamanı başı dönənə və qanaxmadan huşunu itirənə qədər dözməlidir ki, qadın hamilə qalmasın.

6. Yelizavetanın dövründə İngiltərədə hamiləliyin qarşısını almaq üçün gicitkən yarpaqlarından düzəldilmiş bir növ fitil istifadə olunurdu.

Tısbağa qabığından “qoruyucular”

1. Yaponiyada tısbağanın qabığından və ya heyvan buynuzundan hazırlanan qoruyucular istifadə olunurdu.

2. Yenə Yelizaveta dövründə, qusmaq hissi yaradan və sidik qovucu xüsusiyyətə malik bəzi dərmanların və ya məhlulların insanların cinsi əlaqəyə olan istəyini öldürdüyü hesab edilirdi.

3. Qədim Misirdə qadın hamilə qalmasın deyə ona ac qarına çoxlu çiy lobya yedirirdilər.

4. Antik Afrikada isə dəvənin ağız suyu qadının hamiləliyinin qarşısını almağa kifayət edirdi.

5. Orta əsr Avropanın bir çox yerlərində qoyun sidiyi, ya da dovşan qanı içməyin faydalı olacağı düşünülürdü.

Boyuna dələ ayağı asılırdı

1. 11-ci əsrdə İranda cinsi əlaqə sonrası qadınların cinsi orqanlarına qətran və ya fil ifrazatı sürtülürdü.

2. Yarım limon qabığını istifadə etmək də hamiləliyin qarşısını alan üsullar sırasına daxil idi.

3. Roma İmperiyası dönəmində həm qadınlar, həm də kişilər keçi nəcisindən hazırlanan prezervativlərdən istifadə edərək qorunurdular.

4. Orta əsrlərdə istifadə olunan digər maraqlı üsul da əlaqə zamanı qadının boynuna dələ ayağı atmaq idi. Bu üsulla hamiləlikdən qorunmaq nəzərdə tutulurdu.

Cinsi orqana soğan suyu tökmək

1. Misirdə cinsi əlaqədən əvvəl qadının cinsiyyət orqanına soğan suyu tökmək ən məşhur qorunma üsulu hesab edilib.

2. Yelizaveta dövründə istifadə edilən bir üsul da zəncəfil və sirkə olub. Soyuq suya əlavə edilən sirkə və zəncəfil qarışımı hissizləşdirici effekt yaradaraq cinsi əlaqənin tez sonlanmasına səbəb olurdu.

3. Qədim yunan və romalı qadınlar, nəhəng bir razyananı cinsiyyət orqanlarına çəkirdilər.

Kola vannasi

1. Şimali Karolinada qədimdən bu günə qədər hələ də istifadə edilən məşhur və qəribə bir üsul var. "Queen Annes Lace" adlanan bitkinin toxumlarını su ilə qarışdırıb içirlər. Toxumun tərkibində olan maddə qadının pogesteron hormonunun qarşısını alır.

2. 1950-60-cı illər arasında ABŞ-da içdiyimiz kola sperma öldürücü vasitə hesab edilirdi. Qadınlar hamilə qalmamaq üçün cinsi orqanlarına kola tökürdülər.

Xəbər lenti