Camaat sağlam qalmaq istəyir. İlk baxışdan sağlam, həkimə getmədən ölmək istəyir.
Öz seçimidir. Bu gün yanıma 85 yaşında bir həkim gəlmişdi. Prostat xərçəngi diaqnozu qoyulmuşdu. Bir müddət mənə çay sodası içərək xərçəngi "sağaltdığını", daha doğrusu "zəiflətdiyini" isbat etməyə çalışdı
Bir az kobud davrandım:
-Doktor, hansı dərmanı istifadə etdiniz? Bir az dirəndi. Sonra dedi:
-Zoladex. Doktor, sizi Zoladex sağaldıb. Daha doğrusu sağaldır. Çay sodası niyə? Bir şeydə haqlı idi. Çay sodasl bədəndə mühiti qələviləşdirir. Qələvi mühitdə xərçəng yaranmaqda çətinlik çəkir.
Amma yarandıqdan sonra öz ətrafında turş mühit yaradır, özünü qoruyur. Qələvi mühit xərçəngi önləyir. Qələvi mühit xərçəngi SAĞALTMIR.
Özünüzü aldatmayın. Xərçəng diaqnozu qoyulmadan bədəni qələviləşdirən tədbirlər görün.
Göyərti yeyin.
Çox su için.
Çoxlu yatın.
Az ət yeyin.
Az çay için.
Az əsəbləşin.
Çörəyi, düyünü, kartofu azaldın, şəkəri kəsin.
Çoxlu limon yeyin.
Çox seks ilə məşğul olun və gülün. İ "vsyo".
Çay sodası kimi dadsız məhlul nəyinizə lazımdır? O ki sağaltmır. Vasif İsmayıl, Azərbaycan uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub