Mətbuatda “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun azadlığa çıxması münasibəti ilə təşkil olunan ziyafətdə meyxanaçıların da iştirak etməsini əks etdirən video yayılıb.
Mynews.az Yenicag.az-a istinadla xəbər verir ki, Vasif Əzimov, Orxan Lökbatanlı kimi tanınmış meyxana ustalarının iştirak etdiyi məclisdə Rəşad Dağlının “qanuni oğru”nun şəninə söz deməsi əks olunub.
Lakin Orxan Lökbatanlı məlumatı təkzib edib. O, bu kadrların köhnə olduğunu, ümumiyyətlə, Nadir Səlifovun şərəfinə verilən ziyafətdə iştirak etmədiyini bildirib:
“Köhnə videodur. Heç tarixi də dəqiq yadımda qalmayıb. Hansısa toy məclislərinin birində deyilmiş meyxanadır. O qədər toylarda oluruq ki, nə bilim hansıdır? “Lotu Quli” iki gündür azadlığa buraxılıb. Əgər belə bir ziyafət olsaydı, səsi çıxardı, hamı xəbər tutardı”.
O.Lökbatanlı məşhur avtoritetlə münasibətlərinə də aydınlıq gətirib:
“Bizim o “qədeşə” böyük hörmətimiz və simpatiyamız var. Amma belə münasibətlərimiz yoxdur. Bizim nə həddimizə onunla dostluq edək, eyni məclisdə oturaq?! Amma toy məclislərində qafiyə istəyiblər, açmışıq. Həm camaat bunu istəyib, həm də öz ürəyimizdən keçib meyxanalar demişik”.
Qeyd edək ki, Vasif Əzimov da əməkdaşımızla söhbətində “Lotu Quli”nin şərəfinə təşkil edilən məclisdə iştirakını xatırlamadığını bildirib.
1
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb
1301 dəfə oxunub
2
Milli Məclisin növbəti plenar iclası başladı
1294 dəfə oxunub
3
Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR
1283 dəfə oxunub
4
"Dominos Pizza"da 5500 manatlıq oğurluq
1278 dəfə oxunub
5
Azərbaycana yaz fəslinin gələcəyi vaxt AÇIQLANDI
1276 dəfə oxunub