Yəhudilərin dinini qəbul edib, haram yeməyən prezident qızı haqda ƏN MARAQLI 12 FAKT - FOTOLAR

770
Yəhudilərin dinini qəbul edib, haram yeməyən prezident qızı haqda ƏN MARAQLI 12 FAKT - FOTOLAR

Amerika prezidentinin böyük qızı İvanka Tramp övladları arasında ən istedadlısıdır. O, vaxtını dünyanın ən bahalı əyləncə gecələrində keçirə bilərdi, amma İvanka atasının yanında qalıb onunla işləməyi üstün tutub. Bununla belə 3 övlad böyüdən prezident qızı gözəllikdə Hollivud uldzularından geri qalmır.

Publika.az bu yazıda oxucuları İvanka Tramp haqqında maraqlı faktlarla tanış edir:

Artıq uşaqlıqda qız arzulayırdı ki, atası onu öz yanında işə götürəcək. Milyarderin qızı atasının hesabına kefdə və dəbdəbə içində üzə bilərdi. Lakin o, karyerası ilə məşğul olmağı üstün tutur. 26 yaşından o, “Trump” şirkətində vitse-prezidenti kimi işə başlayır. İnvankını çoxları istedadlı sahibkar və sərt rəhbər kimi xarakterizə edir. O, gündə 13 saat işləyir və həftədə yalnız bir gün dincəlir.

1. Mətbuatın sevimlisi

İvanka uşaqlıqdan bütün mətbuatın diqqət mərkəzində olmağa öyrəşib! Müsahibələrinin birində İvanka 9 yaşında məktəbin yaxınlığında başına gələn xoşagəlməz hadisəni belə danışıb: “Bir dəfə jurnalistlər məni tutdu və soruşdular ki "Bu həqiqətdir ki, Marla Meyplz (Trampın ikinci həyat yoldaşı) həyatında ən yaxşı seksin Trampla yaşadığını söyləyib?"

2. Zinət əşyaları ilə oyuncaqlardan daha tez tanışlıq

Onun ən çox sevdiyi oyuncaqları brilyantlar olub. Uşaqlıqdan valideynləri onu da özləri ilə birlikdə önəmli tədbirlərə aparardı. Aydın məsələdir ki, belə mərasimlər zinət əşyalarının parıltısı olmadan ötüşmürdü. Odur ki, İvanka Tramp tez-tez qızıl mağazalarına üz tutur, qızı üçün bahalı zərgərlik nümunələrini şəxsən özü seçirdi. İvanka da gizlətmir ki, bahalı daş-qaşa maraq anası sayəsində oyanıb:

"Brilyantlar sizə kuklanı asanlıqla əvəz edə bilər, əgər ananız İvan Trampdırsa".

3. Modellik karyerası

İvanka bir müddət model kimi fəaliyyət göstərib. Onun boyu 180 sm-dir. Bu da qıza anasının yolu ilə getməyi və özünü podiumda sınamaq imkanı verib. 16 yaşından o moda şoularında iştirak edir, jurnallar üçün fotosessiyalara çəkilirdi. Amma modellik biznesinə olan marağı tezliklə soyuyub. Səbəbini isə onunla izah edir ki, "Modellər dünyada ən alçaq və kinli qızlardır".

Donald Tramp qızının bu qərarından məyus olmuşdu: "O, uğurlu model idi, amma dedi ki, əmlak məsələrində işləmək daha çox xoşuna gəlir”.

4. Estetik əməliyyatları

Hətta estetik cərrahiyyə üzrə mütəxəssis olmayanlar da əminliklə deyə bilər ki, İvanka Tramp əməliyyat etdirib. Bunun üçün İvankanın gənclik illərində çəkilən fotolarına baxmaq kifayətdir. Gəncliyində Trampın dişləri önə çıxmışdı, yanaqları və buxağı həddən artıq toppuş idi. Bundan başqa, qızın burnu indiki kimi ideal deyildi. Hər halda pulun varsa, niyə xırda nöqsanları aradan qaldırmayasan? Mütəxəssislər bildirirlər ki, İvanka üzündə ən azı üç əməliyyat etdirib. İndi onun çənəsi daha yaxşıdır, yanaqları artıq əvvəlki kimi dolu görünmür, burnu isə çox qəşəng alınıb.

5. Münasib kosmetika

İvanka orta sinfin qadınları üçün əlçatan olan kosmetik vasitələrindən istifadə edir. Onun sevdiyi məhsulları bunlardır: tonal krem “Giorgio Armanis Maestro Makeup Fusion”, göz kölgələri “Chanel eye shadows”, ənlik “Nars Orgazm”. Dəriyə isə təbii tərkibli kosmetik vasitələrlə qulluq etməyə üstünlük verir.

6. Gözəl zövq duyumu

İşə o, klassik üslubda, qəşəng kostyumlarda və paltarlarda gedir. Müxtəlif mərasim və bayramlarda isə çox bahalı ziyafət libasları ilə göz qamaşdırır.

Yeri gəlmişkən, İvanka Tramp 2007-ci ildə şəxsi zinət əşyaları firmasını təsis edib. Sonradan o, brendini genişlənirərək geyim, ayaqqabı və aksessuarlar xəttini buraxıb. İvanka öz məhsullarını reklam etməkdən çəkinmir. Bütün tədbirlərdə hətta öz toyunda da o, ancaq öz kolleksiyasından olan bəzək əşyalarını taxıb. Eyni sözləri ayaqqabılara da aiddir. Prezident qızı və köməkçisi qürurla bəyan edib ki, qarderobunda digər brendlərin heç bir ayaqqabı modeli yoxdur.

7. 16 milyon dollarlıq mənzil

İvanka əri və üç uşağı ilə Manhettenin nüfuzlu rayonunda, dəyəri 16 milyon dollara olan 10 otaqlı mənzildə qalır. Mənzilin sahəsi 390 kvadratmetrdir. Dizayn kifayət qədər sadə olsa da, qüsursuzdur. Mənzil 4 yataq otağı, 3 vanna otağı, rahat iş - kabineti, foye və yeməkxanadan ibarətdir. Geniş mətbəx haytek üslubunda təchiz olunub.

Həftədə bir dəfə yeməkləri İvanka özü hazırlayır, yır-yığışa isə vaxtı qalmur.

8. Dünyanın ən bahalı toyu

İvanka trampın Cared Kuşner ilə toyu dünyanın ən təmtəraqlı nikah mərasimlərindən biri hesab olunur. Tədbir Nyu-Cersidə Milli Qolf Klubunda keçirilib. Mərasimə 500 nəfər dəvət edilib. Bütün qonaqlara 9 000 dollar dəyərində hədiyyələr bağışlayıblar. 170 sm-lik tort güllərlə bəzədilib.

Toyun əsas bəzəyi əlbəttə ki, gəlin özü idi. İvanka “Vera Wang” moda evinin Qreys Kellinin gəlinlik motivləri əsasında hazırlanmış krujevalı ağ paltarda möhtəşəm görünürdü. Bəzək əşyaları ilə duvaq yuxarıda qeyd etdiyimiz kimi şəxsi brendindən idi. Platin və brilyantdan hazırlanan bəzək əşyalarının ümumi dəyəri 265 000 dollar təşkil edib.

9. Atasının fəxri

Şouların birində Donald Trampın “Əgər o, mənim qızım olmasaydı, onunla sevgili olardı” deməsi uzun müddət dünya mətbuatının gündəmini məşğul etmişdi.

10. Ailəsinin baş direktoru

İvankanın tikinti biznesi ilə məşğul olan əri Cared Kuşner xanımını "ailənin baş direktoru" adlandırır. Özünə isə idarə heyətinin üzvü vəzifəsini yaraşdırır. Onların üç övladı var: Teodor, Arabellavə Cozef. Bütün boş vaxtını İvanka onların tərbiyəsinə və təhsilinə həsr edib.

İvanka xüsusi diqqət edir ki, uşaqları yuxudan duran kimi birinci analarını görsünlər. Onun qızı Arabella royalda ifa edir və il çin dilini öyrənir.

11. Yəhudi gəlini

İvanka yəhudilərin iudaizm dinini qəbul edib. Onlar əri ilə birlikdə yəhudilik ənənələrinə əməl etməyə çalışırlar, həm də haram yeməklərdən imtina ediblər.

Cümə günü axşam onlar telefonu söndürür, İvanka şam üçün iki isti yemək hazırlayır. Onlar bütün günü heç bir ciddi işlə məşğul olmurlar, uşaqlarla gəzir və istirahət edirlər. Bazar günü isə İvanka işə artıq çıxır.

12. Sərt xarakter

Ərinin sözlərinə görə, İvanka davranış növünə görə A tipinə aid olunur: Bu insanlar üçün həyatın sürətli tempi xarakterikdir, onlar mübarizə və rəqabət üzərində köklənib, arxayınlaşmaq bilmirlər və eyni zamanda bir neçə iş haqqında düşünürlər.

Zahirən bu tipli insanlar çox cəsarətli görünürlər, amma qəlbinin dərinliklərində inamsızlıqdan əziyyət çəkir və özünə həddən artıq tələbkar olur.

Xəbər lenti