İşlənmiş saata 17 milyon verdilər
Bir saat hərracda rekord qırdı. İstiPress-in məlumatına görə, "Legendary Watches of the 20th Century" hərracında "Rolex Cosmograph Paul Newman Daytona" özünə düz 17 milyon dollara alıcı tapıb. 17 752 500 dollarlıq xronoqraf "Rolex" kinoulduz və avtoyürüşçü Pol Nyumana məxsus olub. Saatın ilkin qiyməti 1 milyon dollar olub.
Lotun hərracı 12 dəqiqə davam edib. Onun yeni sahibin adı açıqlanmır.
"Rolex Cosmograph Paul Newman Daytona" 1968-ci ildə istehsal edilib. Nyumana onu həyat yoldaşı, aktrisa Coan Vudvord hədiyyə edib. Saatın arxa hissəsində "Drive carefully" ("Maşını ehtiyatla sür") yazılan qravirovka edilib.
Bundan başqa hərraca daha bir neçə nadir nümunə çıxarılıb - sarı qızıl və briliyantla bəzədilən "Rolex Cosmograph Dayton", 1950-ci il istehsalı olan qara cilalı sferblatlı "Rolex Big Crown".
"Legendary Watches of the 20th Century" hərracını "Phillips" hərrac evi keçirib. Hərrac evinin əsasını Harri Fillips 1796-cı ildə Böyük Britaniyada qoyub. Hazırda adıçəkilən evin London, Nyu York, Cenevrə və s. iri şəhərlərdə ofisləri var.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub