Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilir.
Mynews.az-ın məlumatına görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan dilində atalar sözü deməsi alqışlarla qarşılanıb.
Ərdoğan azərbaycanlıların məşhur bir atalar sözünü söyləyib: "Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir". Bu söz mərasimdə iştirak edənlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak edirlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub