Bütün dünyada tanınan məşhur öngörücü Vanqanın gələcək haqqında vermiş olduğu proqnozlar hər zaman diqqətlə qarşılanıb. O, dünyanı çalxalayan bir sıra hadisələr haqqında qabaqacadan proqnoz verərək insanları xəbərdar edib. Bütün dünyanın yaxın gələcəkdə xərçəngələ mübarizə aparacağını bildirən öngörücü dünyanın sonu, yəni axirət günü haqqında da öz proqnozunu vermiş, onun 3797-ci ilə baş verəcəyini söyləyib.
Vanqanın insanları ürküdən proqnozlarını sizə təqdim edirik.
2014-cü ildə kimyəvi və nüvə silahlarından istifadə nəticəsində dünya əhalisinin yarısı dəri xərçəngi ilə mübarizə aparacaq.
2018-ci ildə Avropa ölkələri tükənmə nöqtəsinə gələcək. Dünyanın yeni hakimi Çin olacaq.
2025-ci ildə Yerin oxunda nizamsız dəyişiklər hiss ediləcək.
2028-ci ildə Avropada yaşayanların sayı əhəmiyyətli dərəcədə azalacaq.
2033-cü ildə yeni enerji növü kəşf ediləcək. Aclığın qarşısı alınacaq. İçərisində insan olan kosmik gəmi Veneraya uçacaq.
2043-cü ildə qütbdəki buzlar əriyərək su səviyyəsini qaldıracaq.
2076-cı ildə dünya iqtisadiyyatının vəziyyəti yaxşılaşacaq. Müsəlmanlar Avropanın hakimi olacaqlar. ABŞ müsəlmanların nəzarətində olan Rusiyaya qarşı iqlim dəyişdirən silahdan istifadə edəcək. Nəticədə havanın temperaturunda ani və kəskin eniş olacaq.
2084-cü ildə komunizm bütün dünyaya hakim olacaq.
2088-ci iləd bütün xəstəliklər qısa zamanda müalicə ediləcək.
2100-cü ildə təbiət yenidən canlanacaq.
2123-cü ildə insanlar tərəfindən hazırlanan Günəş dünyanın qaranlıq üzünü öyrənməyə kömək edəcək.
2125-ci ildə kiçik ölkələr arasında müharibə olacaq.
2164-cü ildə Macarıstan kosmosdan siqnallar alacaq.
2170-ci il insanlar yarı heyvan olacaqlar. Gəlmələrin köməyi ilə sualtında mədəniyyət yaradılacaq.
2221-ci ildə quraqlıq yaşanacaq.
2256-cı il başqa dünya axtarışında olan insanlar qorxunc bir şeylə qarşılaşacaq.
2271-ci il kosmik gəmi dünyaya yeni bir qorxunc xəstəlik gətirəcək.