Alimlər ən uzunömürlü varlıqları müəyyən ediblər. Bunlar Karib dənizinin dibində dərin sularda yaşayan oturaq qurdlardır.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Science of Nature” jurnalında dərc edilmiş məqalədə deyilir.
“Escarpia laminat” Yer kürəsində ən uzunömürlü varlıqdır. Onlardan bəziləri 300 ildən çox yaşayıblar. Canlı varlıqların başqa heç bir növü bu qədər yaşamır”, - Templ Universitetindən (ABŞ, Filadelfiya) Alanna Durkin deyib.
Yer kürəsinin ən uzunömürlü varlıqları bəzi nümayəndələri 200 ildən çox yaşayan Qrenlandiya balinaları və bəzi hallarda 250 il yaşayan Qalapaqos tısbağaları hesab edilirdi. Bundan başqa, “Arctica islandica” molyuskasının uzunömürlü tək nümayəndəsi məlumdur. Cari qiymətləndirilmələrə görə, onun yaşı 500 ili ötür.
Alimlər uzun müddətdir ki, bu canlıları araşdırır, onların uzunömürlülüyünün sirrini tapmağa çalışırlar. Bioloqlar ümid edirlər ki, bu sirlərdən insanın ömrünü uzatmaq üçün istifadə etmək olar. Karib dənizinin dərin sularında “Escarpia laminat”ın nümayəndələrini araşdıran Durkin və onun həmkarlarının fikrincə, bu varlıqlar sınaqlar və tədqiqat üçün nadir tısbağalar və nəhəng balinalarla müqayisədə daha əlverişlidir.
Alimlər bu varlıqların çox yaşamasının sirrini hələ bilmirlər, ancaq güman edirlər ki, bu, onların yaşadığı suların aşağı temperaturu ilə bağlıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub