Çeçenistanda respublikanın ilk prezidenti Əhməd Xoca Kadırovun nəvəsi Həmzət Kadırovun toyu olub.

Hamzat Kadırov Çeçenistan prezidenti Ramzan Kadırovun böyük qardaşı Zelimxan Kadırovun oğludur.
Toyda onlarla Bentley, Rolls-Royce, Mercedes Gelandewagen və s. markalı çox bahalı, superlüks avtomobillər vardı.
Çeçenistan prezidenti Ramzan Kadırov İnstagram-dakı profilində yazıb: "Böyük qardaşımın oğlu hafiz Həmzətin toyu oldu. Gəlinimiz İman Maqomadovadır. Sevincimizi qardaşlarım, Şimali Qafqaz regionlarının rəhbərləri, federal idarələrin rəhbərləri, Rusiyadan və başqa ölkələrdən qonaqlar bölüşdülər. Rusiyanın Şimali Qafqaz üzrə naziri Lev Kuznetsov da toyda idi. Toy çeçen xalq ənənələrinə əsasən keçirildi. Hər istəyən toyda iştirak edərək sevimli qonaq ola bilərdi".

Toyda cıdır da təşkil olunub. Cıdırda Çeçenistan və Şimali Qafqaz respublikalarından 200-dən artıq çapar iştirak edib.
Milli idman növləri üzrə yarışlar da keçirilib, qaliblərə avtomobillər və bahalı mükafatlar verilib.
Toyda 2 mindən artıq qonağın iştirak etdiyi deyilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub