Heç yerdə GÖRMƏYƏCƏYİNİZ hərəkətlər - VİDEO

860
Heç yerdə GÖRMƏYƏCƏYİNİZ hərəkətlər - VİDEO

Bakının mərkəzində yerləşən “FitWay”salonu xanımlar və bəyləri zövqlə, sağlam həyata yönəlməyə çağırır.

BAKU.WS-in məlumatına görə, Azərbaycan çempionu Fövqi Əfəndi özünün fərqli və xüsusi hərəkətləri haqqında danışıb. Onun fərqli üslubu salona gələn müştəriləri məşqdən sıxılmağa qoymur. 

Azərbaycan çempionu F.Əfəndi çalışdığı salonda cütlüklər üçün də hərəkətlərin nəzərdə tutulduğunu deyib. O, salonun üç eksklüziv məşq hərəkətini göstərib. 

"Bu gördüyünuz hərəkətdə biseps (qolun ön hissəsi) əzələsinə işləyir. Bu hərəkəti sadəcə eksklüziv olaraq bizim zalda görə bilərsiz. Birinci dəfə burada edilib. Burada diqqət edəcəyimiz hal dirsəyin oynamasıdır. Bu hərəkəti xanımlar və bəylər hərəsində 12 və 15 olmaqla müvafiq olaraq 3-4 yanaşmada edə bilər.

Ümumiyyətlə bizim zala gələnlərə formaya düşməklə yanaşı, vaxtlarını əyləncəli keçirmələri üçün də çalışırıq. Bunun üçün də proqramların düzgün formalaşdırılması şərtdir. 

Qatacağımız fərqliklər, maraqlı nüanslar həqiqətəndə müştərilərimizi, həm də insanları idmana bir qədər də bağlayacaq”.

2) Bu hərəkət əsasən partner kimi gələn dostlar üçündür. Yəni, ikili halda gələnlər bir-birilərinə motivasiya verirlər. Biz burada çiyin əzələsini işləyirik. Hərəkəti qarşılıqlı işləyərək bir-birimizə motivasiya və stimul oluruq. Həm də bu məşqdən zövq almaq olar. Yəni, məşq zamanı sıxılmırıq. Bu hərəkəti 12-15 olmaqla müvafiq olaraq 3-4 yanaşmada etmək olar. 

3) Gördüyünüz bu hərəkət cütlük şəklində zalımıza gələnlər üçündür. Bu hərəkətdə gördüyünüz kimi, xanımımız ayağın arxa əzələsinə işləyir. Bəyimiz isə eyni zamanda lanç hərəkəti edir. Qarşıqlı hərəkəti icra etdikdən sonra cütlük dəyişə də bilər. Yanaşma olaraq hər ayağa 12 təkrar 3 və 4 yanaşma edə bilərlər. Cütlərin bu hərəkəti ilə ancaq “FitWay”də qarşılaşa bilərsiz. Burada sizi sadəcə formaya salmağa çalışmırıq, həm də sizi bir növ baxımlı hala gətirmək istəyirik. Məşqlərimizdən sıxılmayacaqsız və davamlı olaraq idmana, sağlam həyata yönələcəksiz”.

Xəbər lenti