Qohum evliliyi eyni soydan gələn iki insanın evlənməsinə deyilir. Bu tip evliliklər cəmiyyətdə daim müzakirələrə səbəb olur. Bu məsələyə bəzi insanlar müsbət yanaşır, əksəriyyət isə tamamilə yanlış olduğunu düşünür.
Mynews.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva report-a açıqlamasında bildirib ki, qohumlar arasında yaranan nikahlar genetik və xromosom xəstəliklərinin yaranmasının ən başlıca səbəblərindən biridir: "Xüsusilə də iki bacının bir-birinə qohum olması eybəcərliyə, hamiləliyin vaxtından əvvəl pozulmasına səbəb olur. Azərbaycanda bəzi ailələr 3-4 dəfə bir-birilərinə qohum olublar. Belə hallarda həmin nəsildə olan, nadir hallarda gələn xəstəliklər dominant olur. Bunlara ruhi xəstəliklər, əqli çatışmazlıq, əqil zəiflikləri, xromoson xəstəliklərini misal gətirmək olar. Mən hər zaman deyirəm ki, qohum ilə evlənməkdənsə, ailə qurmamaq min dəfə yaxşıdır. Qohuma ərə getmək tək gələcək nəsli yox, milləti bədbəxt etməkdir. Belə nikahlarda qohumlar bəzən özlərinə haqq qazandırırlar ki, "uşaqlarımız sağlamdır". Ancaq bunu həmin uşaqların əqli zəifliyinə, fiziki aktivliyinə və intellektual səviyyəsinə baxmamış demək olmaz. Avropada belə bir problem yoxdur deyə heç bu barədə danışılmır. Azərbaycanda isə bu hal çox yayılıb. Xüsusilə də Bakı kəndlərində genişdir. Bakı kəndlərində 4-5 dəfə qohumlar bir-birilə evlənirlər. Bunun nəticəsində isə uşaqlar xəstə olurlar. Bu zaman uşağın danışığında qüsur, sümük oynaq sisteminin xəstəlikləri və əqli zəifliklər yaranır. Çox vaxt deyirlər millətdə cırlaşma gedir. Bunun birinci səbəblərindən biri də elə qohum evlilikləridir. Xarici ilə evlənən Azərbaycanlıların uşaqlarına diqqət yetirsəniz görərsiniz ki, onlar sağlam və gözəl olurlar. Çünki onlarda mutasiyalar baş vermir və sağlam genlər üzə çıxır".
1
Bakıda avtomobildə gənc oğlanın meyiti tapılıb
1293 dəfə oxunub
2
Uşaqların sosial media asılılığı: Tarixi məhkəmə prosesi başladı
1230 dəfə oxunub
3
Bakıda avtobusda sərnişin ÖLDÜ
1226 dəfə oxunub
4
“Qalatasaray”ın rəqibi bu iki klubdan biri olacaq
1207 dəfə oxunub
5
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb
1200 dəfə oxunub