"Ölkə.Az" xəbər verir ki, artıq dördüncü ildir ki, Sinqapur siyahıda liderliyini qoruyur.
Məhz Sinqapur xaricilər üçün ən bahalı şəhər statusuna sahib olub. Siyahıda ikinci yeri Honkonq tutub. Bürünc medal isə Sürixə qismət olub.
Bundan başqa siyahıda Yaponiyanın Tokio və Osako şəhərləri də var. Britaniyanın "Economist İntelligence Unit" jurnalında dərc edilən siyahıda Nyu-York və Parisin də adı var.
Bildirilir ki, tədqiqatçılar 150-dən çox mal və xidmətin qiymətini incələyiblər. Bu siyahıya ərzaq məhsulları, geyim, ev əşyaları, kosmetik məhsullar, ev kirayəsi və digər xərclər daxildir. Hesabata əsasən Sinqapur avtomobil almaq üçün ən bahalı ölkədir.
Siyahıda ikinci yeri paltar xərcləri tutub. Amma Sinqapurda xidmət personalının xərci digər regional meqapolislərə nisbətən daha aşağıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub