Ukraynanın cənub-qərbində, Odessa ərazisində yerləşən Novoqradovka kəndində sakinlər səmada qeyri-adi işıqsaçan obyektlərin yığışmasını qeydə alıblar.
Mynews.az bildirir ki, təyyarələrə, və ya nə hansı bir təbii hadisəyə oxşamayan UNO-ların videosu internetə yerləşdirilib.
Videomaterial Britaniya tabloidi "Daily Mail" də daxil olmaqla, bir sıra KİV-in diqqətini cəlb edib. Nəşrin bildirdiyinə görə, Ukrayna ordusu artıq sirli hadisəni şərh edib və bu qeyri-adi mənzərənin səbəbi guya Ukraynanın silahlı qüvvələrinin hərbi təlimlərinin gedişatında istifadə etdiyi hədəflər olduğunu bildirib.
Hadisənin hərbçilər tərəfindən ört-basdır edildiyini düşünən qəzet yazır ki, bu halda hərbi təlimlər üçün hansı materialdan istifadə edildiyi, yaxud obyeklərin niyə məhz o qədər uzaqlıqda olmağına aydınlıq gətirilməyib. (publika.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub