Prezident və hökümət rəhbərlərini daha çox təhlükəsizlik maraqlandırır.
Dövlət başçıları uсuz nəqliyyat vasitələrindən istifadə etmirlər. Bəzi prezidentlərin gəzdiyi avtomobillər biznesmen və şou-biznes ulduzlarının istifadə etdiyi avtomobillərdən bahalıdır.
Lakin prezident və hökümət rəhbərlərini dəbdəbə və stildən daha çox təhlükəsizlik maraqlandırır.
10. Hindistanın baş naziri Narendra Modi dövlət işlərinə Mercedes-Benz S600 avtomobili vasitəsi ilə gedir. Avtomobilin qiyməti 180 min ABŞ dollarıdır.
9. Filippinin hazırki prezidenti Beniqno Akino III Mercedes-Benz W221 nəqliyyat vəsitəsindən istifadə edir. Avtomobilin qiyməti 250 min ABŞ dolları təşkil edir.
8. 2014-cü ildən başlayaraq Rusiya prezidenti Vladimir Putin Mercedes S-Class Limousine avtomobilindən istifadə edir. Qiyməti 251 min ABŞ dollarıdır.
7. Malayziyanın baş naziri Najib Tun Abdul Razak 394 minlik Maybach 62 avtomobilində gəzir.
6. Böyük Britaniyanın baş naziri Devid Kemeron 455 minlik Jaguar XJ Sentinel avtomobilindən istifadə edir.
5. Tayland kralı Pumipon Adulyadet işə Maybach 62 Limousine maşınında gedir. Avtomobilin qiyməti 500 min ABŞ dolları təşkil edir.
4. Roma Papalarının istifadə etdiyi Mercedes-Benz M-Class avtomobili. Qiyməti 524 ABŞ dollarıdır.
3. Çin Xalq Respublikasının rəhbəri Si Cinpin dövlət işlərində 801 minlik Hongqi Limousine avtomobilindən istifadə edir.
2. ABŞ prezidentləri Cadillac One avtomolində gəzirlər - 1,5 milyon dollar.
1. Böyük Britaniyanın kraliçası Yelizaveta II Bentley State Limousine avtomoilində gəzir - 1,51 milyon dollar.