Hollivud ulduzlarının istifadə etməsindən sonra olduqca məşhurlaşan "PopSocket" qısa müddətdə ən çox satılan telefon aksessuarı olub.
Mnews.az xəbər verir ki, bu kiçik cihaz mobil telefonların daha yaxşı əldə tutulmasını təmin edir və dayaq rolunu oynayır.
Mobil telefonların arxasında yerləşdirilən bu qəribə görünüşlü cihaz həm estetik, həm də praktik baxımdan istifadəyə yararlıdır. "PopSocket" həm də telefonun əldən sürüşüb düşməsinə əngəl olur.
"PopSocket" 2014-cü ildə Devid Barnet tərəfindən qurulan texnologiya şirkətinin məhsuludur.
Hazırda 25 milyon satılaraq rekord qıran məhsulun satışı hələ ki, ABŞ-da həyata keçirilir. Finlandiya və Sinqapurda filiallarını açmaq istəyən şirkət məhsullarını zövqə görə hazırlamağa çalışır. İstəyən müştərilər isə şirkətin saytına daxil olaraq öz dizaynlarını sifariş verə bilirlər. (publika.az)


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub