Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edirlər. Hətta üzləri görünməyən belə kələkbazlara xeyli miqdarda pul ödəyib, “xidmətlər”inin qurbanına çevrilənlər də var.
Mynews.az Xezerxeber.az-a istinadən məlumat verir ki, “baxıcı ghofri” təxəllüsü ilə “Instagram” sosial şəbəkəsində məşhurlaşan şəxsin 12 minə yaxın izləyəni var.
Onlardan birinin “WhatsApp” nömrəmizə daxil olan şikayəti əsasında məsələni araşdırmağa başladıq. Həyat yoldaşı ilə problemləri olan qadın kimi onun “istedadına” ehtiyacımız olduğunu bildirdik.
Az məlumatdan sonra cadu edildiyini və düyünü açmadığı təqdirdə, münasibətin boşanma ilə yekunlaşacağını dedi. Bu yaxşılığının bizə 300 manata başa gələcəyini açıqladı.
Özünü Naxçıvanda yaşayan şəxs kimi qələmə verən falçı, münasibət irəlilədikcə qiymətlərini açıqladı. Sosial problemlərlə bağlı onlayn falına baxdıran şəxs 30 manatından, cadunu pozdurmaq istəyən isə 300 manatından keçməlidir. Cadu dərin olduğu halda qiymət də artır. Subay qızların falına isə 50 manata baxır.
O, bu işi o qədər irəlilədib ki, hətta bankda hesab nömrəsi də açdırıb. Özünü sığortalamaq üçün hesaba pul yatmadan heç kimin falına baxmır. Ödəniş qəbzinin şəkilini ona göndərdikdən sonra cəfəngiyyatlarını və boş proqnozlarını yazmağa başlayır.
Türkiyə, İran, Rusiyadan daimi müştərilərinin olduğunu deyən şəxs, özünə heç bir falçını rəqib görmür. İctimai qınaq olduğundan falçılığın onlayn formada həyata keçirməyin daha təhlükəsiz olduğunu deyir.
Baxmayaraq ki, nə kimliyini açıqlayır, nə də üzünü göstərir. 12 minə yaxın izləyicisi varsa, deməli, kifayət qədər ona inanan və “xidmətindən” istifadə edənlər var.
Teoloqlar insanların aldadılması, hisslərinin şantaj edilməsi, insanı haqq yolundan uzaqlaşdıran hər növ metod, üslubun din müstəvisində qəbul edilmədiyini bildirirlər.
Ancaq müasir rabitə vasitələrindən istifadə edən belə insanların fəaliyyəti təkcə dini zəmində qəbuledilməz deyil. Gələcəyi gördüyünü iddia edən şəxsin saxta profillə müraciət etdiyimizi anlamaması da onun dələduzdan başqası olmadığını göstərir.
Oxu.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub