Stokholm (İsveç) Universitetinin alimləri insanın öz ölümünü proqnozlaşdırmağın yolunu tapıblar.
“A24.az” The Telegraph” nəşrinə istinadən xəbər verir ki, tədqiqatın müəlliflərinin fikrincə, insanın həyatdan getməsinin “qasidi” iy bilmə qabiliyyətinin itməsidir.
Mütəxəssislər 10 il ərzində 40-90 yaş arasında olan 1774 isveçli üzərində müşahidə aparıblar. Tədqiqatın əvvəlində vətəndaşlara 13 müxtəlif qoxunu müəyyən etmək üçün testdən keçməyi təklif ediblər.
Tədqiqatçılar belə qənaətə gəliblər, insanın ölüm ehtimalı onun qoxunu düzgün müəyyən etməsindən asılıdır. Orta hesabla bir səhv cavab ölüm riskini (tədqiqat müddətində) səkkiz faiz artması demək idi.
Alimlərin fikrincə, qoxuları düzgün müəyyən etmək qabiliyyəti beyinin sağlam fəaliyyətinin göstəricilərindən biridir. Ekspertlər hesab edirlər ki, bu qabiliyyətin pozulması birbaşa ölüm riskini artırır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub