Şiraz şərabı niyə məşhurdur?

711
Şiraz şərabı niyə məşhurdur?

İranın Şiraz şəhəri ilə dünyaca məşhur Şiraz şərabları arasında bir əlaqə varmı?

İranda şərab hazırlama ənənəsi, 1979-cu il İslam çevrilişinə qədər yüz illərlə davam edib. İranın orta hissəsində yerləşən Şiraz şəhəri və ətrafı isə bu ənənənin mərkəzi olub.

Bəs bu şəhər ilə Şiraz şərabı arasında bir əlaqə varmı?

"Atamın üzümləri gətirib böyük gil qablara doldurduğu xatirimdədir," Dariuş Xaledi deyir. California-da yaşayan və şərab istehsalçısı Xaledi, çevrilişdən əvvəl İranda keçən uşaqlığını yada salır.

"Mən də üzərinə dırmaşıb şərab qoxusunu içimə çəkərdim."

Xaledi-n əsli Şirazdandır. Bura bir vaxtlar adı bağçılıq, şərab və şerlə eyni çəkilən bir şəhər olub.

Xaledi, ailəsinin axşamlar bir yerə yığışıb gil qablarda şərab içərək 14-cü əsr İran şairi Hafizdən beytlər oxuduğunu xatırlayır.

Şərab emalatxanaları bağladıldı, bağlar dağıdıldı, min illərin mədəniyyəti yox edildi.

İranın yeni İslam hakimiyyətinin 1979-cu ildə alkoqola qadağa qoyması ilə Xaledi-n yaddaşına həkk olan bu dünya dağılıb.

Şərab sürahisi

ABŞ-n Philadelphia əyalətində Pennsylvania Universitetinin muzeyində gildən hazırlanmış bir sürahi əsas eksponatlardan biridir.

Bu, Amerikalı arxeoloqların 1968-ci ildə İranın şimalında Zaqros dağlarında aşkarladıqları altı sürahidən biridir.

Qabların yaşının 7000 il əvvəl Neolit dövrünə qədər gedib çıxdığı zənn edilir. Sürahilər İrandakı şərab istehsalı ilə bağlı tarixin qədimliyinə bir sübutdur əslində.

Sürahilərdən birinin dibindəki tünd rəngli ləkənin şərab qalığı olduğu da ortaya çıxıb.

"Bu, kimyəvi yolla aşkarlanan dünyanın ən qədim şərab sürahisidir," professor Patrick McGovern deyir.

Tünd qırmızı şərab

Şirazda üzüm yetişdirilməsinə dair ilk məlumatlar e.ə. 2500-cü illərə qədər uzanır. Şərab dağlardan İranın cənub qərbindəki düzənliklərə gətirilirdi.

1680-ci illərdə fransız almaz taciri Jean Chardin, İrana Şah Abbasın sarayına gedib.

O, oradakı ziyafətdə iştirak etdikdən sonra, şərabın dadı ilə bağlı ilk məlumatlar Avropada yayılmağa başlayır.

"Özünə xas bir qırmızı rəngi olan şərab, bölgədə sürətlə sirkəyə çevrilən digər şərabların əksinə yaxşı qoxuya malik idi."

Bəs Hafizin "müşk qoxulu tünd qırmızı şərab" deyimləri ilə ölümsüzləşən bu şərab ilə hazırda bütün dünyada içilən şərab arasında bir əlaqə varmı?

DNT testi

Bu suala cavab tapmaq üçün ilk olaraq, Fransanın ən məşhur bağlarına sahib cənub hissəsi Rhone vadisinə nəzər salaq.

Deyilənlərə görə, buradakı Hermitage bağı 13-cü əsrdə Gaspard de Sterimberg adlı bir cəngavərin Xaç Yürüşləri zamanı İrandan gətirdiyi bir üzüm asması ilə qurulub.

1998-ci ildə edilən bir DNA testində bu bağdakı üzümlərin, Rhone vadisindəki iri asma növünün calaqlanması nəticəsində yetişdiyi ortaya çıxıb.

Yəni buradakı üzümlər, Şiraz üzümləri və şərabından fərqlidir.

Avstraliyanın Şirazı

Fəqət, hekayə burada bitmir.

Avstraliyada bu cür şərablar daim Şiraz adı ilə tanınıb. Bunun səbəbi isə 19-cu əsrdə şotland James Busby adlı bir kişinin Hermitage bağlarından Avstraliyaya ixrac etdiyi asmalardır.

Busby də gündəliyində buradakı üzüm asmaların Şirazdan gəldiyini vurğulayıb.

O zamanlar Avropalı şərab istehsalçıları fərqli bir dad üçün İrandan şərab alırmışlar.

Bəlkə də Busby, Şiraz adından istifadə edərək Yeni Dünya deyilən Avstraliyada şərab istehsalına mistik bir hava qatmaq istəyib.

Persepol yaxınlıqları

Amerikanın 1970-ci illərdə idxal etdiyi şərablar, Syrah adı ilə satılırdı. Lakin, California-n Napa Vadisində böyük üzüm bağı olan Xaledi, Şiraz sirabı istehsal etdiyini deyir.

"Fransız dostlarım, Şiraz şərabının kökünün Rhone vadisinə dayandığını və 500 illik bir keçmişi olduğunu deyirlər. Amma, atlası açıb baxsanız, dünyada sadəcə bir dənə Şiraz olduğunu və burada 7000 il öncə şərab istehsal olunduğunu görə bilərsiniz."

Bağda Xaledi-n İran bağlarını görmək mümkündür. Evin sütunları antik Persopol şəhərini xatırladır.

Şiraz şərabından söz edərkən, onun hisslər, ruh və şerlə bağlı olduğu deyilir hər zaman. Deyəsən Xaledi və elə mənim üçün də əsas olan bu idi.

Yəni ki, məsələ üzümlərin DNT-si deyil, Şirazın bizə təqdim etdiyi uzaq torpağın ruhu və əfsanəvi şərabın romantikasındadır /Milli.Az/.

Xəbər lenti