Dünyanın ən ucuz avtomobillərinin siyahısı açıqlanıb.
“Ölkə.Az” xəbər verir ki, siyahı böyük marağa səbəb olub.
Siyahıya Hindistanda istehsal edilən “Bajaj Qute” avtomobili liderlik edir. İstehsalçı ölkədə bu avtomobil cəmi 700 dollara satılır. Sənədlərə əsasən, bu avtomobil kvadrosikl sayılır. Mühərrikin həcmi 0.2 litrdir və maksimal sürəti 70 km/saatdır.
İkinci yeri də Hindistanda istehsal edilən avtomobil tutub. Söhbət “tata Nano” modelindən gedir. Avtomobilin mühərriki 0.5 litr həcmlidir. “Tata Nano”nun maksimal sürəti 100 km/saatdır.
Siyahıda üçüncü yer yaponlara məxsusdur. “Datsun Redi-GO” bürünc medala layiq görülüb. Avtomobil 0.8 litr həcmli mühərriklə təchiz edilib.
Siyahının dördüncü pilləsində “Maruti Suzuki Alto 800” qərarlaşıb. Avtomobil 0.8 litr həcmli mühərriklə təchiz edilib.
Top beşliyi Fransa istehsalı bağlayır. “Renault Kwid” markalı avtomobil beşinci yerə layiq görülüb. Avtomobil 0.8 litr həcmli mühərriklə təchiz edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub