Bir çox ölkələrdə təmtəraqlı həyat tərzini nümayiş etdirmək gənclər üçün əsas məşğuliyyətə çevrilib. Kasıb ölkələrdə dəbdəbəli yaşam isə nəzrələri sanki daha çox cəlb edir.
Publika.az bu dəfə dünyanın ən kasıb ölkələrindən olan, əhalisinin təxminən 80 faizi kəndlərdə yaşayan Zimbabvenin məmur və zəngin iş adamlarının dəbdəbəli həyat sürməyi sevən övladlarının yaşamına diqqət çəkib.
Zimbabve prezidenti Robert Muqabenin istefaya getməsi xəbərləri son günlərdə dünyanın aparıcı saytlarının səhifələrini zəbt edib. KİV-də onun və ailə üzvlərinin ağlasığmaz təmtəraqda yaşaması ilə bağlı xəbərlər dərc olunur.
Bundan başqa İnstaqramda Zimbabvenin varlı ailələrinin övladlarının həyatını əks etdirən "Rich Kids of Zimbabwe" səhifəsi maraq doğurub. Məsələ ondadır ki, bu şəkillər yoxsulluq içində yaşayan əhalinin fonunda təzad təşkil edir.
Bəs Zimbabvedə ölkənin ən zəngin ailələrinin varisləri necə yaşayır?
Vanessa Çiponqa sabiq prezident Robert Muqabenin biznesmen və siyasətçi qardaşı Filipp Çiyanqanın qızıdır.

Sindi Himbare Muqabenin tərəfdarı və ölkənin ən zəngin iş adamlarından birinin kiçik oğludur.

Çatunqa Muqabe sabiq prezident Robert Muqabenin oğludur.

Qeyd edək ki, Muqabe dünyada ən yaşlı ölkə başçısı idi. O, ilk dəfə 1987-ci ildə prezident seçilsə də, faktiki olaraq, 1980-ci ildən, yəni baş nazir təyin ediləndən ölkəyə rəhbərlik edir.
Dünyanın ən kasıb ölkələrindən biri kimi tanınan Zimbabve 1980-ci ildə özünü müstəqilliyə qovuşub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub