Rusiyada gənc xanım "Instagram" sosial şəbəkəsində təsadüfən həyat yoldaşı tərəfindən aldadıldığını öyrənib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Sankt Peterburq şəhərində yaşayan və ixtisasca stomatoloq olan Yuliya Aqranoviç ortaq izləyiciləri olan bir xanımın "Instagram" profilinə təsadüfən girib və öz yataq otağından çəkilmiş görüntüləri görüb.
Daha sonra Vlada Abramoviç adlı bu profili diqqətlə nəzərdən keçirən Yuliya həyat yoldaşı Nazar Qrinko ilə xanımın fotoları ilə rastlaşıb və aldadıldığını başa düşüb. Araşdırmasını genişləndirən Yuliyaya dəfələrlə xəyanətə uğradığı, Vlada Abramoviçin həyat yoldaşı ilə görüşmüş tək qadın olmadığını öyrənib.
Qısa müddət ərzində Nazar Qrinko ilə boşanacağını bildirən Yuliya "İnsanlar heç vaxt dəyişmir, onunla bərabər olacaq qadın taparsa, xoşbəxtlik arzulayıram. Təşəkkürlər, Vlada Abramoviç. Mənə yaxşı dərs verən təcrübəli qadınsan" deyib.
Nazar Qrinko əvvəlcə xəyanəti inkar edərək həyat yoldaşı evdə olmayan zaman bəzi dostlarını evə dəvət etdiyini desə də, sonra iddia ilə barışmaq və günahını etiraf etmək məcburiyyətində qalıb.