12 yaşlı türkiyəli məktəbli Mərt Delibalta terrorun yaşadığı regiona vurduğu ziyanın qarşısını almaq məqsədilə hərbi cihaz hazırlayıb.
Publika.az xəbər verir ki, onun hazırladığı cəsus dron torpağa basdırılmış partlayıcıları zərərsizləşdirə bilir. Təxminən 4 aya tamamlanan layihə "İkinci Beynəlxalq Mekatron Robot" müsabiqəsində birinci yerə layiq görülüb.
Cihaz suda olan güllələri də aşkar edə bilir. Layihəyə görə 12 yaşlı Mərt ABŞ-da keçirilən müsabiqədə "ən gənc ixtiraçı" seçilib.
Türkiyə Texnologiya Fondunun (TTF) rəhbəri Səlcuq Bayraqdar, onun layihəsini dövlət tərəfindən maliyyələşdirilməsini öz üzərinə götürərək, gələcəkdə Mərtin TTF-də təhsilinə davam edəcəyini bildirib.
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da Mərti şəxsən qəbul edərək, ona uğurlar diləyib.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub