Dünyanın ən ağıllı robotu Sofiya məşhur amerikalı aparıcı Cimmi Fallonun proqramına qonaq olub.
Mynews.az xəbər verir ki, Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlıq alan dünyanın ilk vətəndaş robotu Sofiya ABŞ-ın ən çox izlənən tok-şoularından birinə qonaq olub.
Fallonla söhbət zamanı aparıcının Sofiyaya ünvanladığı "Necəsən?" sualına hər kəs "Yaxşıyam" cavabını gözlədiyi halda, ağıllı robot izləyiciləri və veriliş kollektivini təəccübləndirib.
Dünyanın ən ağıllı robotu suala cavab olaraq, "Nyu-Yorka gəldiyim və ən sevdiyim şou proqrama qonaq olduğum üçün xoşbəxtəm" deyib.
Aparıcı ilə maraqlı "daş, kağız və qayçı" oyunu oynayan Sofiya verilişin sonunda Fallondan "Feysbuk"da onu dostluğuna əlavə etməsini rica edib".
Xatırladaq ki, Sofiya "Hanson Robotics" şirkəti tərəfindən tərəfindən hazırlanıb. Səudiyyə Ərəbistanı isə ilk dəfə bir robota rəsmi olaraq vətəndaşlıq hüququ verib. (publika.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub