Paltar yuyarkən bu səhvləri etməyin Xanımlara tövsiyə

741
Paltar yuyarkən bu səhvləri etməyin Xanımlara tövsiyə

Paltaryuyan maşında paltar yumaq asan görünsə də, bu, belə deyil. Mynews.az ailem.az-a istinadən paltar yuyarkən etdiyiniz səhvlər barədə məlumat verir.

Çox isti suda paltar yumaq
 
Paltarları ilıq suda yuduqda forma və rəng itkisi minimuma enir. Amma çox isti suda yumaq əksinə, onların formasının pozulmasına, rənginin solmasına və köhnəlməsinə səbəb olur. Həmçinin ilıq su, ləkələri çıxarmaqda isti su qədər təsirlidir.
 
Paltar yuyan maşına çox ləkəli paltar qoymaq
 
Çox ləkəli paltarlar əvvəlcə islağa qoyulmalıdır. Həmçinin onları əldə də yumaq olar. Məsələn, tər ləkəsini limon suyu köməyi ilə çıxara bilərsiniz. Ot ləkəsi isə sirkə və yuyucu vasitə qarışımı ilə asanca çıxacaq.
 
Həddindən artıq yuyucu vasitə və yumşaldıcı istifadə etmək
 
Çox yuyucu vasitə və ya yumşaldıcı maşının xəzinəsini tıxayaraq pis qoxu yaranmasına səbəb olur. Kirli paltarları çox yuyucu vasitə ilə yumaq yerinə iki dəfə yuyaraq normal ölçüdə yuyucu vasitə istifadə edin.
 
Zərif paltarları paltaryuyan maşında yumaq
 
Paltaryuyan maşında normal yuma prosesi büstqalterlərin formasını itirməsinə səbəb olur. Buna görə büstqalter kimi zərif paltarları əldə yumaq daha yaxşıdır.
 
Cinsləri tez-tez yumaq
 
Cinslərinizi 6 ayda sadəcə 2 dəfə yumalısınız. Cinslər üçün də ən uyğun yuma şəkli əldə yumaqdır.
 
Paltaryuyan maşına qulluğu gecikdirmək

Çirk, yuyucu vasitə artıqları və paltaryuyanın zamanla kirəclənməsi kimi faktorlar maşının ömrünü azaldacaq. Buna əngəl olmaq üçün maşının qapağını yuyulma sonrası hava alması üçün açıq qoyun. Paltaryuyanın qapağındakı silikonun arasında yığılan qalıntıları təmizləyin.

Yuyucu vasitə qoyulan bölməni ayda bir dəfə yuyun.
 
Ayda bir dəfə paltaryuyanın içinə sirkə və yuyucu vasitə tökərək işlədin.

Xəbər lenti