Kökü Cənubi Amerikaya gedib çıxsa da hinduşka dünyaya İngiltərədən yayılıb.
Bu quş Avropaya ilk dəfə 1520-ci ildə gəlib. Əvvəlcə, ana vətənindən Meksikaya, ordan İspaniyaya gətirilmiş. Sonra türk tacirləri tərəfindən bütün qitəyə yayılmışdır. Çox keçmədən varlıların süfrəsinin bəzəyinə çevrilmişdir.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, 1585-ci ildən hinduşka yetişdirmək İngiltərədə bir xristian ənənəsinə çevrilmiş və onların daha ətli cinsləri əldə olunaraq bütün dünyaya, xüsusən, ABŞ-a yayılmışdır.
16-cı əsrin sonlarından etibarən hinduşkaları şimal ərazilərdən London bazarına gətirmək üçün onlara 160 km yol qət etdirirdilər və üç ayacan sürən bu səfər üçün quşların ayağın xüsusi ayaqqabılar geyindirilirdi.
Amerikalılar məşhur "Hindi" ifadəsinə baxmayaraq, hinduşkanın Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, İngiltərədə bu heyvanları satanlara görə, "Türk xoruzu" adlandıranlar vardı.
"Hinduşka" və "Hindi" sözləri, çox güman ki, Hindistan sözünün bənzəridir. Axı yerli amerikalıları hindu deyirlər və bu söz də Kolumdun məşhur səhvindən yaranmışdı.
Hinduşkanın əsl adına ən uyğununu portuqaliyalılar işlədir: "Peru". Bu, yerli amerikalıların "Furke" sözünə yaxındır. Hinduşkaya çıxardığı səsə görə amerikalı çokto xalqının dilində "Fakit" deyirlər.
Bəzi dillərdə hinduşka səsi "Glu-glu", yaxud "Kruk-kruk" kimi də yazılır.
Hinduşkanın elmi dildə necə adlandırılması ciddi mübahisə mövzusudur.
Hinduşkaların qəribəliyi bununla bitmir. Onlar cütləşmədən çoxalan ən böyük canlıdırlar. Bu bakirə artımdan əmələ gələn erkəklərin hamısı qısırdır.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub