
Şanxayda tikilmiş 11 ədəd 13 mərtəbəli Lotus Riverside yaşayış komleksi məlum olan ən keyfiyyətsiz tikililədəndir. Kompleks istifadəyə verildikdən bir müddət sonra 13 mətəbəli binalardan biri anidən çökdü. Xoşbəxtlikdən qonşu binalara toxunaraq domino effekti yaratmadı. Bütün kompleks sakinləri bu hadisəsədən sonra şirkətdən aldıqları evləri geri qaytarmaq üçün müraciət etdilər.

Kventin Tarantinonun “İyrənc səkkizlik” filminin çəkilişləri zamanı 6 simli 150 illik tarixə malik və muzeydə qorunan gitaranı da çəkirdilər. Filmin ssenarisinə əsasən səhnələrdən birində düşən davada bu gitara qırılmalıydı. Aktyor Kurt Rasselə bu barədə məlumat verilmədiyinə və gitaranın butaforla əvəz edilməməsinə görə bahalı gitara məhv edilib.

Fransa Milli dəmir Yolları şirkəti 15 milyard avroluq 2000 yeni nəsil qatar sifariş edəndə qarşılaşacağı problemləri bilmirdi. Çünki ölkədə son 30 ildə və ondan öncə tikilən dəmir yolu xətləri arasında eninə görə fərq var idi. Nəticədə daha 50 milyon avro xərc çəkərək platformaların genişləndirilməsi işləri aparıldı.

Yaponiyanın “Mizuho Securities” şirkətinə məxsus səhmlərdən biri 5000 dollara satışa qoyulmuşdu. Broker səhvən bir aksiyanın 5000 dollara deyil, 5000 aksiyanın 1 dollara satıldığını güman edərək şirkətə 225 milyon dollar ziyan vurub.

İspaniya hökumətiin 1,75 milyard dollara başa gətirdiyi sualtı qayıq nəzərdə tutulduğu kimi hərbi dəniz qüvvələrinin incisi ola bilmədi. S-81 “Isaak Peral” adlı gəmi planlaşdırılandan 68 ton ağır olduğu üçün üzə bilmirdi. Korpusu genişləndirmək üçün çəkilən izafi 1 milyon funt da vəziyyəti xilas edə bilmədiyi üçün gəmi hələ də limanda gözləməkdədir.

150 il əvvəl – 1867-ci ildə Rusiya Alyaskanı buzla örtülü torpaq sanaraq 7,2 milyon dollara ABŞ-a satdı. Daha sonra Alyaskada tapılan qiymətli yataqlar amerikalılara böyük gəlir gətirdi.
İtən kosmik gəmilər

Yalnış proqram təminatı saysində itən ən bahalı kosmik gəmilərdən biri “Mars Climate Orbiter” gəmisidir. Aparat Marsın 110 kilometrliyindən uçmaq əvəzinə planetə 57 kilometr məsafədə uçduğuna görə məhv olmuşdu.

Ronald Ueyn, yəni dişlənmiş alma loqotipinin yaradıcısı öz səhmlərini Stiv Cobsa 800 dollara satmışdı. Sonralar bu səhmlər 35 milyard dollar dəyər qazanmışdı.
Walkie Talkie – yandıran göydələn

200 milyon dollarlıq Walkie Talkie göydələni güzgülü dizaynı ilə xoşa gəlsə də, yayda ətrafındakı binalarda günəş şüasının əks olunması ilə problemlər yaratmış, ətrafda70 dərəcə istilik yaranmasına, hətta bahalı Yaguar avtomobilinin alovlanmasına səbəb olmuşdu. Buna görə binanın fasadında dəyişikliklər edildi.
Penyor gölünün intiqamı

Amerikada Penyor gölndə qazıntı apararaq neft çxarmağa çalışan geoloqlar sürprizlə qarşılaşdılar. Gölün altında yaranmış böyük yarğan çox sürətlə bütün qazıntı avadanlıqlarını, avtomobilləri və az sonra bütün adanı uddu.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1039 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1000 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
991 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
989 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
967 dəfə oxunub