Ağızdan bir anda çıxan sözlər, əsəblə yazılan mesaj və ya arxasınca çırpılan qapılar... Ayrılıq bir anda gələ bilər. İnsan elə əsəbiləşər ki, hər şey bitdi deyər. Qadınlar ayrılmaq istədiyini bildirib, buna peşman olduqlarında "elə demək istəmirdim" deyə bilərlər. Ancaq kişilər üçün bu, hər zaman asan olmaya bilər. Bəs kişilər peşman olduqlarını necə bəlli edir?
Mynews.az ailem.az-a istinadən kişilərin peşman olduğunu göstərən əlamətləri təqdim edir.
Dost-tanışlarınızla danışmağa calışırsa...
Bir kişi üçün həqiqətən bitmiş olması mövzunun bağlanması deməkdir. Əgər sizin sayənizdə tanıdığı insanlarla təsadüfən qarşılaşdığında onlarla danışırsa, bu, mədəniyyət xatirinə olur. Amma sizinlə sevgili olduğu zaman elə də səmimi olmadığı və danışmadığı həmin adamları özü axtarır və görüşmək istədiyini bildirirsə, bəlkə də səbəb sizsiniz.
Sosial mediada sizi izləyirsə...
Ayrıldığınız sevgiliniz sizi izlədiyini anlamanıza fürsət verəcək qədər izləyirsə, peşman ola bilər. İkinizin arasında özəl olan bəzi mesajlar paylaşması, normaldan daha çox sosial mediadan istifadə etməsi sizinlə əlaqə yaratmaq anlamına gələ bilər.
Sərxoşluğu bəhanə edirsə...
Siz heç sərxoş ikən anasını söyən kişi görmüsüz? "Sərxoş idim, xatırlamıram, aaa mən sənə nələr demişəm?!" fikirləri yalan deyil. Sadəcə alt şüurun bayıra vurması ilə gerçəklərin dilə gətirilməsidir. Keçmiş sevgiliniz gecənin bir yarısı duyğusal mesajlar yazırsa, ən böyük siqnalları verir deməkdir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub