ABŞ-ın Vaşinqton ştatındakı Takoma şəhərində yaşayan Carime Barrounun səbr kasası daşmışdı. Onun Jeep markalı off-rouder avtomobili üçün sifariş etdiyi ehtiyat hissələr olan qutuları sürəkli olaraq oğurlayırdılar.
Poçtalyonun qapının önünə qoyduğu qutu bir neçə saat sonra yoxa çıxırdı.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Barouya ünvanlanmış 16 barat oğurlanandan sonra o, çıxış yolu tapıb.
C.Barrou karton qutunun içində "partlayan mexanizm" yerləşdirib. Bu mexanizm içi borş, 12 mm çaplı ov tüfəngi patronundan, həmin patronun bərkidildiyi alüminium hissədən, saplardan və dəmir yaylardan ibarətdi.
Mexanzm qutuya qoyulur və bərkidilmiş patronu sıxan yaya bağlanmış ip karton qutunun qapağına pərçimlənir.
Qutu yerdən götürüləndə ip dartılır, yay açılır və iyə patronu deşir, "atəş" açılır.
Barrou bu minvalla oğruları qorxutduğu anların əks olunduğu videoları sosial şəbəkələrdə paylaşıb.
Daha sonra isə o, "The Blank Box" adlı mexanizmli qutunu hazırlayaraq satışa çıxarıb.
Bu qutu indi 70 dollardan satılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub