ABŞ-ın Atlanta şəhərində dünyanın ən etibarlı evi inşa olunub. Mütəxəssislərin fikrincə, hətta dünyanın sonunu da bu evdə qarşılamaq mümkündür.
Mynews.az xəbər verir ki, sahəsi 10 min kvadratmetr olan evin bütün otaqlarının qapıları zirehdən hazırlanıb. Evdə xüsusi kommunikasiya xətləri quraşdırılıb və güclü təhlükəsizlik sisteminə malik 5 bunker tikilib. Bunkerlərə yalnız gizli qapı vasitəsilə girmək olar.
Tikintisinə 30 milyon dollar xərclənən evdə 8 yataq və 14 vanna otağı, 3 mətbəx, habelə hovuz, kinoteatr, rəsm qalereyası və hətta tir var.
Zirehli evin tikintisi altı ilə başa gəlib. (Azərtac)



1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub