28 yaşlı iranlı Şiva Əmini ölkəni tərk etmək və Avropa ölkələrindən birində, daha konkret olsaq, İsveçrədə siyasi sığınacaq almaq niyyətindədir.
Səbəb Ş.Əminini İnstagram-dakı profilində hicabsız, əynində şort olan vəziyyətdə kişilərlə futbol oynasımının əks olunduğu foto ilə videonu paylaşmasıdır.
Bu paylaşımlardan sonra Şivaya qarşı təzyiqlər başlanıb.
O, qadınlardan ibarət futbol komandasından qovulub.
"Mənə qarşı təzyiqlər artır. Hətta həbs olunacağımı deyirlər. Deyirlər ki, İrana qayıdanda "başım ağrıyacaq. Evimizə gəliblər, ailə üzvlərimi sorğu-suala tutubölar"", - hazırda İsveçrədə olan Ş.Əmini yazıb.
O, İsveçrədə yaşamaq, bu ölkədə idman müəllimi işləmək istəyir.
"İdman və futbol olmadan həyatımı təsəvvür edə bilmirəm. Hicab kimi şərti məsələlərin idmançılara dəxli olmamalıdır", - Şiva deyib.






milli.az
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub