Çay olduqca faydalı müalicəvi içkidir - ürək-damar xəstəliklərindən, xərçəngdən qoruyur, beyinin fəaliyyətinə müsbət təsir göstərir, insanı daha gümrah edir, əmək qabiliyyətini artırır. Lakin bu faydalardan yararlanmaq üçün çayı düzgün dəmləmək və içmək lazımdır.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, çayı şüşə, saxsı və ya çini çaydanda dəmləmək lazımdır. Dəmir çaydanlardan istifadə etməyin.
Suyu üzərinə çoxlu ağ qovuqcuqlar çıxana kimi dəmir çaydanda qaynadırlar. Su çox qaynadıqda çayın dadı olmur. Çayı dəmləyərkən bir neçə dəfə qaynadılmış sudan istifadə etmək tövsiyə edilmir.
Boş dəm çaydanını 3-4 dəfə qaynar su ilə yaxalayın. Sonra dəm çaydanına hər stəkan üçün bir çay qaşığı quru çay töküb yarıya qədər su tökün, çaydanın ağzını qapaqla bağlayıb üstünü dəsmalla örtün. Çay dəmləyərkən dəm çaydanını qazın üzərinə qoymaq olmaz.
Çay 5-7 dəqiqə ərzində dəmləndikdən sonra, çaydana axıra qədər qaynar su tökün. Əgər çayın üzərində köpüklər əmələ gəlibsə, deməli, çay düzgün dəmlənilib.
Çayı yalnız təzə halda, dəmləndikdən sonra 1 saat ərzində içmək olar. Daha sonra çayın faydalı xüsusiyyətləri kəskin şəkildə azalmağa başlayır.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1530 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1493 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1492 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1479 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1479 dəfə oxunub