Əgər şeytan olmasaydı, insan günah edərdimi?

808
Əgər şeytan olmasaydı, insan günah edərdimi?

Bəzən zehnimizə belə bir sual gəlir ki, əgər lənətlik şeytan olmasaydı, insan günah edərdimi?

Şeytan insanı zahirdən günaha tərəf dəvət edər. Daxildə isə insanı günaha dəvət edən nəfsani meyilləri və şəhvani hissləri vardır. Əgər daxili amil olmasa, zahiri amil insana heç bir şey edə bilməz. Bu, bizik ki, şeytan üçün yolları açırıq. Şeytan sadəcə bir dəvətedəndir. O, bizə vəsvəsə edir və günaha təvşiq edir.

Necə ki, şeytan Qiyamət günü deyəcəkdir: "(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: "Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi).
Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır"". ("İbrahim" 22).

Mynews.az deyerler.org-a istinadən bildirir ki, Şeytan (lən) insan günah etdikdən sonra deyər ki, mən sizə sadəcə vədələr vermişəm. Sizi həmin günahı etməyə vadar etməmişəm, bu, siz olmusunuz ki, həmin əməli yerinə yetirmisiniz. Ona görə də məni ittiham etməyin. Siz özünüz günaha düşüb zülm və küfr əhli olmusunuz.

Ona görə də deyə bilərik ki, əgər şeytan olmasaydı belə, insanın nəfsani və şəhvani hissləri onu xata və günah etməyə tərəf sövq edərdi. Sadəcə şeytan bu günahların sayının artmasına səbəb olur və günah üçün daha çox şəraitlər yaradır.

Xəbər lenti