Son illərdə geyimlərin belə texnologiyalarla əvəzlənmiş yeni versiyaları istehsal edilir. Daha bir maraqlı layihə isə Britaniya şirkətlərindən biri tərəfindən hazırlanıb.
Mynews.az xəbər verir ki, layihə rəhbəri Adam Leverson iddia edir ki, hazırlanan yeni "i.Con" adlanan "ağıllı” prezervativlər (qoruyucu) bu sahədə ilk olacaq:
"Daha əvvəl belə bir təşəbbüs olmayıb. Artıq texnologiya dövrüdür və ağıllı texnoloji məhsullar hər kəsin diqqətini çəkir. Yeni "ağıllı” prezervativi digərlərindən fərqləndirən iki cəhət var. Birincisi, bu məhsul cinsi əlaqə zamanı heç bir yoluxucu xəstəliklərin, infeksiyaların keçməsinə imkan vermir və partnyorun hər hansı xəstəliyi varsa, bunu aşkarlaya bilir. İkincisi isə, normal prezervativlərdən fərqli olaraq bu məhsul hamiləliyin qarşısını almaq üçün nəzərdə tutulmayıb.
Məhsul cinsi əlaqə zamanı kişilərin cinsiyyət orqanlarının ölçülərini, əlaqə zamanı nə qədər kalori yandırdıqlarını hesablaya bilir:
"Bu həm də tibbi cəhətdən yüksək həzz nəticəsində infakt riskinin də qarşısını alır. Belə ki, müəyyən siqnallar vasitəsilə kişi hormonlarını tənzimləmə xüsusiyyətinə malik olan "ağıllı” prezervativlər daha sonra cinsi əlaqə zamanı qeydə alınan məlumatlara baxmaq və bir başqa məlumatlarla müqayisə etmə imkanı da yaradır. Sərt görünsə də, olduqca elastik quruluşa malik cihazın divarları maye keçirir. Ən mənfi cəhəti də heç bir qoruyucu xüsusiyyəti olmamasıdır. Qorunmaq istəyənlər aparatın altından mütləq şəkildə normal prezervativ geyinməlidir”.
Ağıllı prezervativlər USB vasitəsilə enerji toplayır. Toplanan enerji 8 saat istifadə üçün nəzərdə tutulub. Məlumatlar mikro kart yaddaşına yüklənir. İnformasiyaların ötürülməsi üçün "bluetooth" funksiyası da əlavə edilib.
Layihə rəhbərinin sözlərinə görə, aparat 2018-ci ilin yanvar ayından satışa buraxılacaq. İlkin olaraq "ağıllı” prezervativlərin qiyməti 60 avro olaraq təyin edilib.
Ekspertlər isə cinsi əlaqə zamanı toplanan məlumatların ehtiyatsızlıq səbəbindən yayılması (hack) riskinin mümkünlüyünü vurğulayaraq, layihənin qeyri-dəqiq hazırlandığını və təhlükəsizlik sisteminin düşünülmədiyini deyiblər.