Yalan danışanları necə müəyyənləşdirmək olar?
Nə qədər etiraz etsəz də, kişilər məharətli yalan danışa bilirlər. Qadınlar yalan danışmır deyə bilmərik. Bax bu məqamda "yalanın böyüyü, kiçiyi olmur" fikri özü də yalan olur. Çünki qadınla kişinin danışdığı yalan arasında kifayət qədər ciddi fərqlər olur. Bəs hər iki tərəfin yalan danışdığını necə müəyyən etmək olar?
Mynews.az publika.az-a istinadən yalan danışanları (kişi-qadın) ələ verən reflekslər haqqında maraqlı məlumatları təqdim edir:
Kişilər
Kişilər yalan danışanda tez-tez udqunur və öskürürlər. Bu onlara zaman qazandırır. Deməli, sizdən gizlətdiyi bir şey var. Bəylər bədən dili ilə də özlərini ələ verə bilirlər. Amerikada Bədən Dili İnstitunun rəhbəri və "Düşündüyünüzdən daha çox şey deyirsiniz" kitabının müəllifi Cenni Drayver deyir ki, "Sirri olan insan çox vacib bir şeyi itirmək qorxusu ilə yaşayır". Elə bu zaman qeyri-ixtiyari gizlədilən şey hər nədirsə onunla bağlı kiçik ipucular deyirlər.
Diqqət etsəniz xırda bir şeyi izah etmək üçün həddindən artıq geniş məlumat verirlər. Maraqlısı isə bu qədər məlumatın heç biri sizin sualınıza cavab deyil. Bir anlıq həyat yoldaşınızın sizə qarşı necə dürüst olduğunu düşünüb fəxr edə bilərsiz. Amma diqqət etsəniz, bu sadəcə "tamaşadır".
Qadınlar
Yalan danışan qadınlar ilk öncə kövrəlməyə başlayır. Alimlər sübut edib ki, bir qadın qarşısındakını aldatmaq istəyirsə, hər hansı bir hadisəni ilk olaraq onunla öz arasında duyğusal münasibət yaratmağa çalışır. Ən təhlükəlisi də məhz budur. Kişilər belə məqamda artıq mövzunu bağlayaraq qadınlara təskinlik verməyə çalışdığı üçün qadınlar kifayət qədər zaman qazanmış olur.
Daha sonra xanımlar barmaqlarını oynadaraq danışırlarsa, deməli, yalan danışırlar. Bu bəzən saçları ilə oynayan, ora-bura tez-tez baxan xanımlara da şamil edilir. Əgər söhbət əsnasında ən əhəmiyyətsiz hadisələri belə xatırlayırlarsa, diqqətli olmaqda fayda var.
Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar. Amerikalı alimlər iddia edir ki, yalan danışmaq qadınları utandırır deyə tez-tez dodaqları quruyur. Miçiqan universitetinin alimləri tərəfindən aparılmış təcrübələrdə 87 qadın iştirak edib. Onlara gah yalan danışmaq, gah da dürüst olmaq deyildiyində, məlum olub ki, yalan danışmağa məcbur qalanda dodaqları quruyur və tərləməyə başlayırlar. Lakin düz danışan xanımlarda heç bir dəyişiklik hiss olunmayıb.
Maraqlı
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq"
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Prezidentin nəvələri Mesut Özillə görüşdü 1133 dəfə oxunub
- Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır - "Bilmirəm, kimə qoşulub" 1129 dəfə oxunub
- Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb 1095 dəfə oxunub
- “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTOLAR 995 dəfə oxunub
- Çağırışdan yayınanlar əsgər göndərilir - Adlar təqdim edildi 977 dəfə oxunub