Yatmış insanın yanında saxlanılan smartfonlar sağlamlıq üçün təhlükəlidir.
Mynews.az-ın Lent.az-a istinadən məlumatına görə, müvafiq hesabatı Kaliforniyanın Səhiyyə Departamenti dərc edib.
Mütəxəssislərin məlumatına əsasən, cihazların elektromaqnit şüalanması xərçəng və sonsuzluq risklərini artırmasına dair daha çox faktlar üzə çıxır. Bununla əlaqədar həkimlər məsləhət görürlər ki, smartfondan istifadə edilmədikcə, onlar insan bədənindən ən azı bir neçə metr uzaqda saxlanılsın. Xüsusilə də bu, uşaqlara aiddir.
Sənəddə vurğulanır ki, cihazlar yeniyetmələrin yuxusuna ziyan vura, psixoloji sağlamlığına zərər verə və diqqətlərinin yayınmasına səbəb ola bilər.
Elektromaqnit şüalanmadan başqa, təhlükəni cihazdan yayılan radio tezliklər də yarada bilər. Xüsusilə də cibdə daşınan cihazlarda bu tezliklər kişilərdə spermanın keyfiyyətinə təsir edə bilər.
Mütəxəssislər dəyən ziyanı azaltmaq üçün cihazı yatan zaman yastığın altında saxlamamağı və ya çarpayının yanında yerləşən dolabın üstünə qoymamağı məsləhət görürlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub